Cəlilabadda həkimlə xəstə arasında nə baş verib?
Cəlilabad rayonunun Uzuntəpə kənd sakini 58 yaşlı Füzuli İmanov rayon xəstəxanasında həkim tərəfindən döyüldüyünü iddia edib.
"Qafqazinfo"ya müraciət edən şikayətçinin sözlərinə görə, xəstəxanaya azyaşlı nəvələrinin halı pisləşdiyi üçün müraciət edib. O deyir ki, uşaqlardan birinin səhhətinin ağırlaşdığını görən zaman Davud adlı həkimə etiraz edib və kömək istəyib. Bu zaman da müqavimətlə üzləşib.
Füzuli İmanovun iddiasına görə, həkim tərəfindən təpiklənərək otaqdan çıxarılıb. Vətəndaş məsələ ilə bağlı Cəlilabad Rayon Prokurorluğuna müraciət etdiyini də əlavə edib.
Məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: "Dekabrın 22-si saat 19:30 radələrində vətəndaş F.İmanov Cəlilabad rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd göstərib. Həkim hadisədən uzaqlaşmağa çalışsa da, müqavimətlə üzləşib.
Hazırda hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 955 Tarix: 29 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabr