"2018-2024-cü illərdə müavinət və təqaüdlərdə 5 dəfə artım olub" - DEPUTAT
2018-2024-cü illərdə Azərbaycanda müavinət və təqaüdlərdə 5 dəfə artım olub.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
"Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamla yeni sosial paketə start verilib. Paket ümumilikdə 3 milyon vətəndaşımızı əhatə edəcək. O cümlədən, 1,1 milyon vətəndaşın pensiyalarında artım olacaq. Bundan başqa, minimum əməkhaqqı yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında artım baş verəcək. 2018-ci ilin əvvəlindən minimum əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyə qədər artıma nail olunub. Bu dinamika gələn il də davam edəcək.
2025-ci ilki artımlar üçün əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, 2018-ci ildən sonra dövlət başçısının göstərişi ilə reallaşdırılan sosial anketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır", - deyə o qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 713 Tarix: 29 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabr