"Dünya Azərbaycanlılarının Həmrəylik günü Azərbaycan xalqının milli birliyini, dirçəliş və tərəqqisini tərənnüm etdirir" - DEPUTAT
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü - qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqının milli birliyini, dirçəliş və tərəqqisini tərənnüm etdirir. Bizləri azad, müstəqil, güclü Azərbaycan uğrunda məsuliyyətli və müqəddəs mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Dünya Azərbaycanlılarının Həmrəylik günü Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin sədirliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması ilə bağlı qərar qəbul olundu.
Dahi öndərin müraciəti əsasında Azərbaycan Respublikasının Ali Soveti hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunması ilə əlaqədar qanun qəbul etdi.
Ulu Öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlamış, prinsipiallığı və uzaqgörənliyi sayəsində xalqımızı öz ətrafında birləşdirməyə nail olmuşdur.
Artıq 4 ildir ki, milli kimliyimizin təcəssümü olan Dünya Azərbaycanlılarının Həmrəylik günü ərazi bütövlüyü bərpa edilmiş, hər bir nöqtəsində şanlı üç rəngli bayrağımız dalğalanan vətənimizdə böyük coşqu və qürur hissi ilə qeyd edilir.
Dahi Öndərin layiqli davamçısı, zəfərimizin memarı və bizlərə qələbə sevincini yaşadaraq qürurumuzu ucaldan lider, cənab Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində dünyanın hər bir guşəsində yaşayan azərbaycanlılar dövlətimizin gücü və qüdrəti ilə fəxr edir.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü