"Rusiyada yeni miqrasiya qaydaları müəyyənləşdi"-DEPUTAT

"Rusiyada yeni miqrasiya qaydaları müəyyənləşdi"-DEPUTAT"Rusiya hökuməti miqrasiya sahəsində çox ciddi islahatlar həyata keçirir. Bu islahatlar miqrasiyanın tənzimlənməsi ilə bağlı mövcud qaydaları yenidən nəzərdən keçirilməsi və yenilərinin tətbiq edilməsi ilə bağlıdır. Rusiya hökuməti ərazisində çoxsaylı qanunsuz miqrant yaşayır. Hüquqi statusu bəlli olmayan kifayət qədər əcnəbi mövcuddur. Bu, əcnəbilərin qanunların liberal olmasından sui-istifadə etmələrinin qarşısının alınması üçün müəyyən edilib".

Bunu Sonxeber.az-a açıqlamasında Mİlli Məslisin deputatı Azər Allahverənov bildirib.

O, qeyd edib ki,baş verən terror hadisələrindən sonra hökumət miqrasiya siyasətini ayrı-ayrı seqmentləri üzrə yeni və sərt qaydalar tətbiq etməyə başladı. Bu proses ümumilikdə mart ayından bu yana davam edir. Yanvar ayından isə hökumət yeni qaydalar müəyyənləşdirəcək.
Burada bir neçə komponentlər üzrə məsələlər müşahidə edilir. Onların arasında xüsusilə 2 element gözə çarpır.
Köhnə qaydalarda miqrantlar 180 gün ölkə ərazisində qalmaq hüququna malik idi. Yeni qaydalarda isə bu hal 90 günə endirilib:

"Azərbaycan Respublikasından şəxsi məqsədlə Rusiyaya səfər edən şəxs bir qayda olaraq miqrant kartını doldurmalı, miqrasiya uçotuna düşməli və yalnız 90 gün ərzində Rusiya ərazisində yaşamalıdır. 91-ci gün artıq o, şəxs Rusiya ərazisini tərk etməlidir. Bundan sonra isə bu ölkəyə 1 il sonra qayıda bilər.
Əcnəbi miqrantın Rusiya ərazisində qalması üçün bir sıra əsaslar var. Onların arasında geniş yayılanı şəxsin bu ölkə ərazisində işləməsi üçün əmək müqaviləsinin və ya əmək patentinin olması, mülkiyyətində evin olması və ya qaldığı yerin icarədarı ilə müqaviləsinin mövcudluğu, təhsil alması ilə bağlı olan müddəalardır. Yalnız bu şəkildə müvəqqəti olaraq yaşamaq hüququ əldə edə bilər. Rusiya hökuməti maraqlıdır ki, onun ərazisində yaşayan miqrantların dövlət üçün potensial faydası olan, onlar ölkə iqtisadiyyatına gəlir gətirən şəxslər olsunlar.
Yanvarın 1-dən etibarən Rusiya ərazisinə daxil olan miqrantlar 7 gün ərzində miqrasiya uçotuna alınmalıdırlar. Əgər 7 gün ərzində qeydiyyata düşmürsə şəxs inzibatı xəta törətmiş sayılır.
Bu da təbii ki, miqrantlara müəyyən narahatlıqlar yaratmış olacaq. Əlavə proseduralardan keçmədə, perspektiv planların tutulmasında çətinliklər yaranacaqdır.
Beynəlxalq münasibətlər sistemində qarşılıq prinsip mövcuddur. Qarşı tərəf hansı qaydaları tətbiq edirsə, digər dövlət də həmin ölkənin vətəndaşlarına o qaydaları tətbiq etmək hüququna malikdir. Məsələn, 2015-ci ilin may ayından etibarən Rusiya vətəndaşı olmaq istəyən şəxs mənsub olduğu ölkənin vətəndaşlığından çıxması haqqında sənəd təqdim etməli idi. Təbii ki, bu qayda Azərbaycan vətəndaşlarına da şamil edildi. Ölkəmizdə də paritet və qarşılılıq prinsiplərindən irəli gələrək buna bənzər qaydalar tətbiq etdik. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən Rusiya vətəndaşları bu ölkənin vətəndaşlığından çıxmalı oldular.
Rusiyada miqrasiya sahəsində tətbiq ediləcək yeni qaydalar Azərbaycanda da miqrasiya qanunvericiliyinin müvafiq müddəalarının nəzərdən keçirilməsini və bu əsasda mövcud qaydaların yenilənməsini mümkün edir ki, burada da paritet və qarşılılıq məsələləri əldə tutulan əsas prinsiplərdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1286   Tarix: 29 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr