Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib

Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edibAzərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Sizi "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il bayramı" münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli xidmətinizdə yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş bu əlamətdar gün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini təcəssüm etdirir. Xalqımızın xoşbəxt gələcəyi, ölkəmizin müstəqilliyi, suverenliyi naminə həmrəyliyin nə qədər vacib olduğunu bir daha xatırladır.

Tarixi sınaqlardan qəhrəmanlıqlarla çıxmış dünya azərbaycanlılarının həmrəyliyinin, xalqımızı uğurlara aparan azərbaycançılıq ideyasının rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin nailiyyətləri həmvətənlərimizin müstəqil dövlətimizin ətrafında birləşməsini təmin edən mühüm amildir.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, ordumuzun kadr hazırlığı, müasir silah və texnikalar ilə təchiz edilməsi və döyüş potensialının artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində Azərbaycan Ordusu müzəffər və qalib ordu statusuna sahib olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə xalqımızı daha da sıx birləşdirərək uğurlu gələcəyə inamını möhkəmləndirmişdir. Ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilmiş, milli maraqları, əhalisinin rifah və dəyərləri qorunan respublikamız regionun lider dövləti olmuşdur.

Hər zaman olduğu kimi bu bayram günündə ölkəmizin müstəqilliyinin, suverenliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizi hörmət və ehtiramla yad edir, unudulmaz xatirələrini əziz tuturuq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ailə üzvləri, hərbi əməliyyatlar zamanı sağlamlığını itirmiş hərbi qulluqçularımız daimi qayğı ilə əhatə olunmuşdur. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirmiş hərbi qulluqçularımızı "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il bayramı" münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalacaq, Vətən müharibəsində əldə olunan qələbədən ruhlanaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Bir daha "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il bayramı" münasibətilə hər birinizi ürəkdən təbrik edir, qarşıdan gələn yeni 2025-ci ildə Sizə möhkəm cansağlığı, uzun ömür, sevinc dolu firavan günlər, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 790   Tarix: 31 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr