"Zəngəzura gedən qatar" adlı şeirlər kitabı işıq üzü gördü

"Zəngəzura gedən qatar" adlı şeirlər kitabı işıq üzü gördüZirvə Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədirovun "Zəngəzura gedən qatar" adlı şeirlər kitabı işıq üzü gördü

Sonxeber.az xəbər verir ki, Vətənpərvər bir şair kimi Şahin Qədirin yaradıcılığında Qarabağ mövzusu əsas yer tutur. Nankor erməni qonşularımızın torpaq iddisı ilə yurdumuza soxulması onun coşan qəlbinə çox təsir etdi, şeirlərində Qarabağ problemi öz əksini tapdı. Bu mövzu ədəbiyyatımızın tarixində nə az, nə çox - düz otuz ildən artıq bir dövrdə yazarların qəlbindən silinmədi, qələmindən düşmədi.
Şahin Qədirin yaradıcılığında Qarabağ nisgili, bütöv Azərbaycan dərdi heç vaxt unudulmadı, ağır bir dərd oldu. Onun şeirlərində ara-sıra öz əksini tapan, Vətən həsrəti, yurd qeyrəti yanar ürəyinə dağ çəkirdi. Son illər Ali Baş Komandan Respublika Prezidenti İlham Əliyev cənablarının əmri ilə Azərbaycan Ordusunun igid döyüşçüləri əl- ələ verərək düşmən tapdağı altda inləyən torpaqlarımızı azad etməyə başlayanda hamı kimi Şahinin də üzü güldü, qələmi sevindi. Neçə illərdən bəri sinəsində qövr edən yaralar sağalmağa başladı. Qeyrətli Azərbaycan oğullarının qanı bahasına əldə olunan bu qələbəyə həsr etdiyi bu kitab şairin dördüncü kitabıdır. Kitabda erməni işğalçılarının otuz ildən bəri yurdumuza hücum etməsindən, bu illərdə azərbaycanlıların başlarına gətirdikləri müsibətlərdən, son vaxtlar isə qəhrəman döyüşçülərimizin yağı düşmənin başını "dəmir yumruqla" əzib öz yuvalarına qovduqları bir sıra şeirlərində əks olunmuşdur.Bütün bu səhnələri reallıqla təsvir etmiş müəllif Qələbə zəfərini də böyük iftixar hissi ilə yekunlaşdırmış, oxucuların sevincini öz sevincinə qatmışdır. Çox diqqətlə bir-birinə qoşulan hadisələrin poetik təsvirləri "Möhtəşəm", "Erməni ki, erməni" və "Qurtar" şeirlərində öz əksini tapmışdır. İşğal illərində, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin, qazilərinin qisaslarını layiqincə alan Azərbaycan Ordusunun qələbə müjdəsi xalqımızın fərəh və vüqar hissini digər poetik nümunələrində də aydın hiss edirik. Bu sevinc və fərəh duyğuları Şahinin hələ 2006-cı ildə qələmə aldığı "İk- inci Qarabağ müharibəsi" poemasında təsvir olunmuşdur. Bu da şair təxəyyülünün və uzaqgörənliyinin bariz nümunəsidir. Yəni, Azərbaycan ədəbiyyatında ilk dəfə "Birinci və İkinci Qarabağ müharibəsi" terminini ədə- biyyatımıza və poeziyamıza gətirmişdir. Müxtəlif çalarlı misraların toplandığı şeirlər yeni nəşrə hazırlanan şeirlərdə də əksini tapmışdır.
Bütün yazarlarımız kimi Şahin Qədirin də dostluq ideyaları qəlbinə hakim kəsilib. Bu nəcib duyğular onun insanlığına, şəxsiyyətinə, xarakterinə hopmuşdur.
Müəllifin şeirlərini vərəqlədikcə poezi- yanın müxtəlif məzmunlu növlərinə rast gəlirik. Bu müxtəliflik içərisində dünyadan gileylərə, zamandan şikayətlərə də maraq göstəririk. Görürürk ki, bütün şairlərin həyatın gedişatından, İlahi tale yazısından narazılığı eyni məzmundan ibarətdir. Talelər cürbəcür olsa da, qismətlər müxtəlif, onu qəbul etmək başqa-başqadır.
Şair təxəyyülü, poeziya duyğuları, poetik arzuları həmişə onun köməyinə gəlir, yenə ümidini itirmir, inam yox olmur. Dünya onun nazı ilə oynamasa da o, ilhamının deyimləri ilə barışır, sinəsindən gələn arzu-istəklərə ram olur. Məhz ona görə də yazdığı şeirlərin əksərində istəyini büruzə verir, arzuları çiçək açır. Bəzən də vəfasız dünya ilə yenidən di- aloqa girir, açıq-aydın qismətinə qane olmur.
Enişli-yoxuşlu poeziya yollarında Ulu Tanrı sənə yaşıl yollar açsın, Şahin Qədir!

Akademik Nizami Cəfərov

"Zəngəzura gedən qatar" adlı şeirlər kitabı işıq üzü gördü"Zəngəzura gedən qatar" adlı şeirlər kitabı işıq üzü gördü"Zəngəzura gedən qatar" adlı şeirlər kitabı işıq üzü gördü"Zəngəzura gedən qatar" adlı şeirlər kitabı işıq üzü gördü


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1903   Tarix: 20 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021