Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür.
Modern.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımov beş gün ac-susuz qalsa da, bayrağımızı əlindən düşürməyib.
N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş "Qaradağ şahinləri" taboruna yazılaraq, Vətənin müdafiəsində iştirak edib.
12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürüb.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş yoldaşı həlak olduqdan sonra beş gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb.
Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən "Oqonyok" jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində "Strax" adlı məqalədə təsvir edilib.
Qeyd edək ki, 25 iyun 2024-cü ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova Milli Qəhrəman adı verilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1171 Tarix: 02 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabrYağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib
24 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabr