Hindistanın 33 güllə ilə öldürülən ilk və yeganə qadın baş naziri

Hindistanın 33 güllə ilə öldürülən ilk və yeganə qadın baş naziriBaku TV-də Hindistanın ilk və yeganə qadın baş naziri, başqa təriqətli insanla evləndiyi üçün özünün və ailəsinin lənətləndiyi deyilən, CBS kanalının keçirdiyi sorğuya əsasən "Minilliyin qadını" seçilən İndira Qandi haqqında araşdırma materialı yayımlanıb.

Azadlıq uğrunda mübarizə fəalları olan Hind Xalq Partiyasının üzvü Cavahirləl Nehru və Kamalla Nehrunun ailəsində dünyaya gələn İndira Qandi uşaq vaxtlarından fəallıq göstərib, nümayişlərdə və etiraz aksiyalarında iştirak edib.

O, İngiltərənin əsarətindən azad olmaq uğrunda mücadilə aparan Mahatma Qandi ilə tanış olub və onun məsləhəti ilə 8 yaşında uşaqlardan ibarət toxuculuq ittifaqı yaradıb.

1934-cü ildə şair Rabindranat Taqorun təsis etdiyi universitetə daxil olub. Lakin iki il təhsil aldıqdan sonra Avropaya gedib və 1937-ci ildə İngiltərədə Oksford Universitetinin Somervel Kollecinə daxil olub. İkinci Dünya müharibəsi başladığı üçün yenidən Hindistana qayıtmalı olub.

Cənubi Afrikanın Keyptaun şəhərindən keçərkən, orada ilk dəfə siyasi nitqlə çıxış edib. 1941-ci ildə Hindistana qayıdan İndira gələcək həyat yoldaşı Feroz Qandi ilə tanış olub.

Bir çox insan İndiranın Mahatma Qandi ilə qohumluq əlaqəsi olduğunu düşünsə də, bu, belə deyil. İndira ailə həyatı qurduqdan sonra ərinin soyadını götürüb. İran əsilli pars olan Feroz Qandi atəşpərəst olduğu üçün onların evliliyi hind adətlərinə görə mümkün sayılmırdı. İnanclara görə, ayrı kastadan olan insanların evlənməsi ailəyə lənət gətirirdi. Buna baxmayaraq, gənclər evlənib və azadlıq uğrunda mübarizəni birlikdə davam etdiriblər. Hətta evləndikləri il siyasi baxışlarına görə birlikdə həbs olunublar.

Bəs həyata keçirdiyi islahatlarla ölkəsinin inkişafına nail olan, Hindistanın "anası" adlandırılan İndira Qandi cangüdənləri tərəfindən 33 güllə atəşi ilə necə qətlə yetirilib?(oxu.az)

Ətraflı süjetdə:


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1245   Tarix: 05 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021