Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? -ARAŞDIRMA"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik".

Bu sözləri Lent.az-a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqları qəbiristanlıqda qiymətlər od tutub yanırdı.

"Qiymət 7000 manat. Təsəvvür edirsiz?! Biz şokda idik. Necə edək deyə düşünürdük. Atamın son istəyi idi. Etməyə bilməzdim".

Biz adətən ölüm barədə düşünmürük və heç vaxt dəfn xidmətlərinin qiymətləri ilə əvvəlcədən maraqlanmırıq. Bu səbəbdən, yalnız yaxınlarını itirdikdə qiymətlərlə maraqlanmaq yada düşür. Bu zaman da qalırsan ki, ölünə ağlayasan, yoxsa öz gününə...

Bu gün dəfn xidmətlərinin qiyməti toy və digər xeyir mərasimlərinin qiyməti ilə rəqabətə girə bilər. Problem odur ki, başqa mərasimlərdən fərqli olaraq burada xərclərdə qənaət etmək, onları təxirə salmaq və ya ləğv etmək olmaz. Layiqli dəfn həm də nəhəng maliyyə itkisi deməkdir.

Dəfn xidmətləri təmtərağından asılı olaraq müxtəlif qiymətə başa gəlir. Ölünün yuyulması məsələsində isə qiymətlər 50 manatdan başlayır. Bu xidmətə kəfənləmə, duaların oxunması və kommunal xərclər də daxildir.

Məsələn, mərasim xidmətləri təklif edən özəl şirkətlərin "vip-çadırları" bir gün üçün 2-4 min manata başa gəlir. Hava şəraitindən asılı olmayaraq, belə çadırların içərisində rahat şərait yaradılır, ən azı, 8-9 ədəd kondisioner qoyulur. Bu çadırların daxilində döşəmə və tavan örtüyü, pərdələr, stol və stullar müasir dizayna uyğundur. Xidmət personalı uniformada olur. Vip-çadrıların qadınlar və kişilər üçün xüsusi tualetləri var. Bir qədər sadə çadırların gündəlik icarə haqqı 300- 1200 manata təklif olunur. Məsələn, 100 nəfərlik açıq çadırın qiyməti 500 manatdır. Bu sadəcə çadırın və onun daxilində qabların qiymətidir. Əgər menyunun da onlar tərəfindən olmasını istəyirsinizsə, o zaman gərək xərcə düşəsiniz.
Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? -ARAŞDIRMABundan başqa hüzr mərasimi üçün xüsusi zallar da var. "Təzəpir" məscidində 6 belə zal fəaliyyət göstərir. Qiymətlər isə menyudan asılıdır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Lent.az-a açıqlamasında bildirib ki, "Təzəpir" məscidinin mərasim zalları pandemiya səbəbindən hazırda fəaliyyət göstərmir:

"Mərasim zalları uzun müddətdir artıq fəaliyyət göstərmir. Buna görə qiymətlər də təyin olunmur. Əlbəttə, qiymətlər müraciət edənlərin istəklərinə görə dəyişir. Kimisi çay süfrəsi ilə kifayətlənir, kimisi də menyunun zəngin olmasını istəyir".

Amma daha ciddi bir problem də var. Mərhum üçün qəbiristanlıqda yer almaq. Qeyd etmək lazımdır ki, qəbiristanlıqlarda yer çatışmazlığı problemi də aktualdır. Ölünü dəfn etmək üçün lazım olan 1 kvadratmetr yer az qala ev tikmək üçün lazım olan ərazinin qiymətinə təklif olunur. Məzar üçün torpağın qiyməti, yerindən asılı olaraq, hətta eyni bir qəbiristanlıq daxilində fərqlidir.
Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? -ARAŞDIRMAŞəhər əhalisinin sözlərinə görə, Biləcəri qəbiristanlığında bir kvadratmetr yerin qiyməti 300-1000 manat, Günəşli qəbiristanlığında 400-1500 manat, Badamdarda 500-1500 manat, Qaraçuxurda - 200-1000 manat, "Qurd Qapısı"nda - 1000-3000, Yasamal qəbiristanlığında - 2000-10000 manatdır. Bakıda ən ucuz torpaq Hövsan qəbiristanlığındadır. Burada 1 kvadratmetr torpağı 150-300 manata almaq olar. Xırdalan qəbiristanlığında isə bu qiymət 800-2000 manatdır.

Amma dəfn xərcləri bununla məhdudlaşmır. Molla Yusif Əbdürrəhmanlı deyir ki, qəbrin qazılması 60 manatdan 300 manatadək başa gələ bilər. Hər qəbir qazana 15-20 manat pul verilir. Qəbri adətən 4 nəfər qazır.

"Əlbəttə, biz qiyməti qoyarkən çəkilən əziyyəti nəzərə alırıq. Məsələn, məclisdə bütün gün iştirak edib, dualar və Quran oxuyuruq. Qiymət də ən aşağısı 40 manatdır. Quran tapşırmaq üçün isə 50 manat alıram. Amma imkansızlar üçün 30-40 manata da Quran oxuyuram. Mərhumun ailəsinin vəziyyətini də nəzərə aldığımız olub. Kasıb adamın məclisini savabına da idarə etmişik".

Bundan sonra başdaşının hazırlanması məsələsi var. Ən ucuz başdaşı 550, qara qranitdən hazırlanan baş daşların qiymətləri isə müxtəlifdir. Ən bahalı başdaşının qiyməti 2500 manata təklif olunur.
Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? -ARAŞDIRMABununla bitirmi? Əlbəttə, yox. Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu da var.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Lent.az-a açıqlamasında bildirib ki, dövlət rüsumu da müsəlmanlar və qeyri-müsəlmanlar üçün fərqlənir:

"Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir. Qeyri-müsəlmanlar qəbirə tabut ilə qoyulduğu üçün qiymət belə təyin olunub".

O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil:

"Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Əlhəd daşı (qəbirdə ölünün başı söykəndiyi daş), qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir".

Hə, mərhum dəfn olunandan sonra onun ziyarətinə gedəndə çiçək almalı da olacaqsınız. Nəzərə alın ki, ən sadə gül dəstəsinin qiyməti 25 manat təşkil edir.
Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? -ARAŞDIRMABəs, dinimizdə bu mərasimin icra olunması necə buyurulub? Yaxınımızı haqq dünyasına yola salmaq bu qədər xərc tələb etməlidirmi?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən ilahiyyatçı Hacı Rüfət Qarayev bildirib ki, biz bu ayinləri dinimizə görə icra ediriksə, İslam dinində dəfn mərasimində heç bir hicrət, haqq, maddi vəsait tələb olunmur.

"Hər bir müsəlmanın da vəzifəsidir ki, biri dünyasını dəyişibsə, onu haqq dünyasına yola salaq. Əgər bir müsəlman vəfat edən şəxsin cənazə namazını qılırsa, mənim üzərimdən o vəzifə götürülmüş olur. Eyni zamanda yuyulma mərasimi də belədir. Əfsuslar olsun ki, biz bunu hansısa dini işlərlə məşğul olan ruhanidən və ya molladan gözləyirik. Hər bir insan bu dini ayinlərin icrasını bacarmalıdır. İstər ölünün yuyulması olsun, istərsə də cənazə namazının qılınması. Bir çox insanlar bunu bacarmadığı və vəfat edən doğmalarını haqq dünyasına yola sala bilmədikləri üçün kimlərdənsə asılı qalırlar. Bunun da nəticəsində müəyyən məbləğdə pul xərcləməli olurlar. Əslində bu ayinlərin icrası qarşılığında az məbləğ ödənə bilər".
Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? -ARAŞDIRMAİlahiyyatçının sözlərinə görə, şəriətimizdə cənazə namazına görə pul ödəmək yoxdur:

"Amma ruhani gəlib məclisi aparırsa və üç-dörd gün orada oturub Quran oxuyur, səhərdən-axşama qədər vaxtını ora sərf edirsə, məclis sahibi onun zəhməti müqabilində öz könlündən keçən kimi, halallıq olsun deyə ona ya pul, ya da başqa bir şey verməklə yola sala bilər. Yəni dinimizdə cənazə namazının qılınması və ölünün yuyulmasına görə pul istənməsi yoxdur. Əvvəllər ölünün yuyulması işi həyətlərdə icra olunurdu və qonşuların köməkliyi ilə həyata keçirilirdi. Buna görə pul da xərclənmirdi. Günümüzə gəldikdə isə hazırda bunun üçün xüsusi yerlər ayrılıb. Həmin yerlərdə ölünün yuyulmasına istifadə olunan su və işıq pulu, kəfənlənməsi üçün lazım olanların da xərclərini nəzərə alsaq həmin məkanların müəyyən məbləğdə pul tələb etmək məcburiyyətində qaldığını deyə bilərik. Bəzi məscidlərdə ölünün kəfənlənməsi üçün lazım olan hər şeyi aparırsansa, təkcə orada su və işıq pulunu ödəyirsən. Əlavə pul ödəməli olmursan. Hər nə olursa olsun, vəfat etmiş şəxsi maddi dəyərlər üzərindən yox, mənəvi dəyərlər üzərindən haqq dünyasına yola salmaq hər birimizin borcudur. Bu bir müsəlman olaraq hər birimizin vəzifəsidir".

Hə, yaxınımızı haqq dünyasına yola salmaq baha başa gəlir. Bütün bu qiymətləri öyrənib bir ölü üçün xərclənəcək pulu hesabladıq. Ən ucuz yerindən hesablayanda məbləğ 1500 manat təşkil etdi. Qiymətləri eşitdikdə yəqin ki, düşündünüz: nə yaşamaq olmur, nə də ki, ölmək. Yaxşısı budur ölməyin, yaxınlarınızı da çətinliyə salmayın. Amma təəssüf ki, gec-tez hər birimiz bununla qarşılaşacağıq.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2662   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Folqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə

Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli

18 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın

Cəmi üç qaşıq soda və 10 dəqiqə vaxt ayırmaqla dabanlardakı qurumuş və sərtləşmiş dərini yumşaltmaq mümkündür. Bu sadə ev üsulu ayaqlara qulluq etməyə kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, dabanların yumşaq və sağlam qalması üçün müntəzəm qulluq etmək vacibdir. Adi qida sodası is

18 oktyabr
.

Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar

İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb. "Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus ola

20 oktyabr
.

"123456" şifrəsinə görə 8,8 milyon nəfərin məlumatları oğurlanıb

Danimarkada bir haker özəl İT şirkətinin administrator hesabında dünyanın ən zəif şifrələrindən biri olan "123456"dan istifadə edilməsindən yararlanaraq 8,8 milyon nəfərin şəxsi məlumatlarını ələ keçirib. xəbər verir ki, hakerin sözlərinə görə, şirkətin ən azı üç hesabı, o cümlədən administrato

18 oktyabr
.

"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?

Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli

12 oktyabr
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21 oktyabr
.

Alimlər ən bədbəxt nəsli müəyyən etdilər: artıq xoşbəxt mərhələ deyil

Dünyanın 44 ölkəsində bir milyondan çox insanın iştirak etdiyi genişmiqyaslı araşdırma gənclərin psixoloji vəziyyəti ilə bağlı narahatedici nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya əsasən, Z nəsli, yəni zumerlər indiyədək görünməmiş səviyyədə psixoloji problemlərl

18 oktyabr