"Yağışdan çıxıb, yağmura düşdülər": Rusiyada çimizdirilən quşların 90 faizi öldü
Rusiyanın Anapa şəhərində mazut çirklənməsindən xilas edilən və Krasnodara aparılan quşların 90%-i tələf olub.
Oxu.Az-ın "SOTA" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, bu barədə soçili ornitoloq Aleksandr Dvoretski xəbər verib.
Onun sözlərinə görə, bunun səbəbi həm sınmış yük maşınından digərinə kobud yükləmə, həm də diyarın Təbii Sərvətlər Nazirliyinin məmurlarının sonrakı qeyri-peşəkar hərəkətləri olub.
"Onlar quşları miqrasiya yollarına qayıtmaları üçün Tuapse rayonunda buraxmaq qərarına gəliblər, həmin yollar isə yenə də mazut sızıntılarının olduğu ərazidən keçir. Hazırda nazirlikdə ali bioloji təhsili olan bir nəfər də əməkdaş yoxdur, nazir Sergey Yereminin özü isə karyerasının böyük hissəsini prokuror kimi işləyib", - deyə o vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin dekabrın 15-də Kerç boğazında təxminən 8 min ton neft məhsulu daşıyan "Volqaneft-212" və "Volqaneft-239" tankerləri batıb. Məlumata görə, tankerlərdən yanacağın 40%-i axıb, ekspertlər bunu "ekoloji fəlakət" kimi qiymətləndirirlər. Həftələrdir ki, Anapa və Temryuk rayonu çimərliklərinin mazutdan təmizlənməsinə və quşların yuyulmasına çalışılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1229 Tarix: 05 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabrYüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi
Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd
23 sentyabrSentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabrMakron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq
Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun
23 sentyabrABŞ hərbçiləri Litvaya yola düşüb
ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu
22 sentyabrRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabr