Ancelina Coli Bred Pittdən boşanandan sonra varlanıb
Ancelina Coli Bred Pittlə boşandıqdan sonra sərvəti 80 milyon dollar artıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aktyorlar evlənməzdən əvvəl nikah müqaviləsi imzalayıblar və boşanma halında evlilikdən əvvəl sahib olduqları sərvəti qoruyacaqları, ümumi əmlakı isə yarıbayarı böləcəkləri barədə razılığa gəliblər.
Bununla belə, ayrılıq Coli üçün sərfəli olub. Məsələn, 2018-ci ildə Bred keçmiş həyat yoldaşına hazırda yaşadığı Los-Ancelesdəki malikanəni almaq üçün 8 milyon dollar borc verib. Ancelina bu borcu yaxın həftələrdə tam ödəməyi planlaşdırır.
Bundan əlavə, 2021-ci ildə aktrisa Uinston Çörçillin çəkdiyi bir tablonu Krisatisbn hərracında 11,5 milyon dollara satıb. "Kutubiyyə məscidinin qülləsi" adlı tablo Bredin hədiyyəsi olub və İkinci Dünya Müharibəsi dövründə Çörçillin çəkdiyi yeganə əsər hesab edilir.
Lakin Colinin ən böyük qazancı 2021-ci ildə olub. O, Provansdakı Miraval şatosundakı payının yarısını rusiyalı milyarder Yuri Şeflerə və onun Tenute del Mondo şirkətinə 64 milyon dollara satıb.
Qeyd etmək lazımdır ki, Bred Ancelinanın bu qərarı ilə razılaşmayıb. Keçmiş ər-arvad arasında əvvəllər ortaq biznes olan bu mülk üzündən məhkəmə mübahisəsi hələ də davam edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi
ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc
10 sentyabrHakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25 sentyabrRöyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19 sentyabrRusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19 sentyabrRüfət bu yolla arıqlayır
Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir
19 sentyabrİllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı
Türkiyənin məşhur "Yahşi Cazibe" serialında Simge obrazı ilə tanınan Hande Katipoğlu illər sonra yenidən ekranlara qayıdıb. Aktrisanın yeni serialdakı dəyişən görünüşü izləyicilərin diqqətini çəkib. xarici mediaya istinadla xəbər verir ki, 2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe"
9 sentyabr"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi
Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır
18 sentyabrElnarə Xəlilova da iynə ilə arıqlayır
Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib
12 sentyabr