Mərhum aktyorun hamını kədərə boğan açıqlaması ortaya çıxdı: "Ölümdən..." - VİDEO
"Ölümdən niyə qorxasan, ölüm haqdır..."
Publika.az xəbər verir ki, bu sözlər mərhum aktyor Azər Baxşəliyevə aiddir. Sənətçi vaxtilə müsahibələrinin birində ölümlə bağlı danışıb və qorxmadığını ifadə edib:
"Ölüm ola bilər ki, heç sənə qorxu imkanı yaratmasın. Sən bilmirsən nə vaxt nə ola bilər. Ölüm elə vaxt gələ bilər ki, sən onu heç gözləmirdin. Yəni heç o barədə düşünmürdün ki, qorxasan. Elə şey olmur. Bu iş əvvəl-axır hamının başına gələcək. Onu olduğu kimi qəbul etmək lazımdır. Necə ki insan xəstələnir, yatır, oyanır, sevir, işə gedir. Bir gün bunun hamısı kəsiləcək. Bunu hamımız bilirik. Ondan qorxsan da, qorxmasan da bu baş verəcək. Ona görə bunu normal qəbul edirəm və deməzdim ki, qorxuram. Tez olmağını da istəməzdim. Amma bu qismətdir. Baxırsan, sağlam insan hansısa anda heç nədən həyatının sonuna gəlib çatır, hansısa qəzada həyatını itirir. Ondan heç kəs sığortalanmayıb. Mənə elə gəlir ki, burada qorxmalı bir şey yoxdur".
A.Baxşəliyev ölümdən qorxan insanlarla bağlı maraqlı açıqlama da veribmiş:
"Ölümdən qorxan insanlar yəqin ki, həyatını düz yaşamayanlardır. Çünki cavab verməli olacaqsan. Əgər normal yaşamısan, heç nədən peşman deyilsənsə, düzü hamı bilir. Bəzi insanlar ona göz yumur ki, mən beləyəm, bunu edirəm və mənim üçün düz budur. Amma ürəyində bilir ki, nəyisə düz etməyib. Həmin an sənin ürəyində qalıbsa, yəqin ki sən qorxacaqsan və deyəcəksən ki, burada mən düz etməmişdim. Ola bilsin cavab verə bilməyim. Elə şey yoxdursa, ölümdən niyə qorxasan? Necə deyərlər, ölüm haqdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Röya Ayxanın oğlu əməliyyat olundu
Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları
13 sentyabr 2021Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO
Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd
10 sentyabr 2021"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"
"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə
9 sentyabr 2021Flora Kərimova küçədə mahnı oxudu – VİDEO
Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
8 sentyabr 2021"Sirtaki"nin müəllifi olan bəstəkar öldü
Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd
3 sentyabr 2021Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara
18 sentyabr 2021Qızı Rəşad İlyasovu sevindirdi
Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var
4 sentyabr 2021Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16 sentyabr 2021Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?
Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur
16 sentyabr 2021