"Artıq bunu unutmaq istəyirəm"

"Artıq bunu unutmaq istəyirəm""Əziz anam, heç inanardınmı ki, qucağında bəslədiyin körpə bir gün nəğməkar bülbül olacaq? Sən onun ilk anası oldun. İllər keçdi və başqa bir körpə də sənin taleyinə yazıldı. Qucağında tutduğun o körpə ona Aybəniz adı verdi və sən iki nəğməkarın anası oldun. Bəlkə də, elə onları dünyaya gətirmək üçün gəlmişdin dünyaya?...Bəlkə də,bu iki körpə sənin uca rəbbimdən mükafatın yada ki,nalən olaçaqdı nə bilim...".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında yazıb. Anası Qumru xanımın ad gününü təbrik edən müğənni bunları əlavə edib:

"Bu sualların cavabı yoxdur, amma bəlkə də, elə bu belə olmalıydı. Dedilər ki, bu gün doğum günündür. Amma mən artıq bunu unutmuşam... Və unutmaq da istəyirəm. Çünki əvvəllər sənin doğum gününə sevinirdim, amma indi yaşının artması məni qorxudur. Mən istəyirəm ki, sən çox yaşayasan, çünki anasız quş yuvasız qalır. Ana qayğısıyla böyüyür hər şey.

Sən mənə o gün dedin ki, "Sənsiz bir günümüz olmasın, Aybəniz." Mən də deyirəm ki, sənsiz bir günümüz olmasın, Qumru anam. Adına qoşulub göylərə uçub getməyəsən, xahiş edirəm. Atamın səni çox ərköyün etdiyini bilirəm, amma Allah rizası üçün özünü qoru, uzun və sağlam yaşa. Allah səni heç kimə möhtac etməsin, əziz anam!

Beşiyim üstündə layla çaldın, gecələr sübhədək qadamı aldın. İsti nəfəsini həmişə yaz bildim. Bəlkə də, sənin qədrini az bildim... Dünyanın işini bilmək olmaz, amma bircə şeyi yaxşı bilirəm ki, mən sənə pis övlad olmadım, canım anam. Var ol, həmişə dünyada ol! Doğulduğun, doğulduğumuz günün mübarək olsun".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1506   Tarix: 11 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

Gülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı

Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"

14 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24 sentyabr
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

19 sentyabr
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24 sentyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr
.

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi

25 sentyabr
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19 sentyabr