"İqtisadi imkanlar artdıqca minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələləri ön planda saxlanılacaq" - DEPUTAT

"İqtisadi imkanlar artdıqca minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələləri ön planda saxlanılacaq" - DEPUTAT"Prezident İlham Əliyevin 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan Respublikasının 2024-cü ildə siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlar barədə geniş məlumat verildi. Azərbaycanın 2024-cü ildə iqtisadi sahədə qazandığı uğurlar göz qabağındadır. Keçən il Azərbaycanda ümumi daxili məhsul 4 faizdən çox artıb və bu artımın əsas səbəbi qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektoru 6 faizdən çox artıb, xüsusilə sənaye istehsalında 7 faizdən çox artım müşahidə olunub. Bu göstəricilər Azərbaycanın iqtisadi inkişafını göstərir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə və investisiyaların cəlb edilməsi kimi tədbirlər nəticəsində ölkə beynəlxalq reytinq agentliklərindən müsbət rəylər alıb:

"2024-cü ildə Azərbaycan maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və valyuta ehtiyatlarını artırıb. İl ərzində valyuta ehtiyatları 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb.

Beş il əvvəl Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edirdi və o zaman hədəf olaraq bu nisbəti 10 faizə endirmək məqsədi qoyulmuşdu. Bu gün isə xarici borc ümumi daxili məhsulun yalnız 7.2 faizini təşkil edir. Azərbaycan iqtisadiyyatının güclü və dayanıqlı olması, xarici maliyyələşmə ehtiyacını azaldır və ölkəyə daha çox sərbəst maliyyə resursları qazandırır, gələcəkdə iqtisadi inkişafı dəstəkləmək və sosial layihələrə investisiya qoymaq üçün daha geniş imkanlar yaradır".

Deputat vurğulayıb ki, Azərbaycan 2025-ci ilin büdcəsi ilə tarixində ən böyük büdcəni təqdim edib. Bu ilin büdcəsi 41 milyard manatdan çoxdur, icmal büdcə isə 48 milyard manatı aşır:

"Büdcənin bu səviyyəyə çatması, Azərbaycanın daxili resurslarına əsaslanaraq, şəffaflıq, düzgün idarəetmə və iqtisadi siyasətin müsbət nəticəsi olaraq əldə edilib.Büdcə parametrləri və dinamika ölkə iqtisadiyyatının sağlam və davamlı inkişafını göstərir. Böyük büdcə ilə Azərbaycan sosial və iqtisadi layihələrin maliyyələşdirilməsi, infrastrukturun inkişafı və digər mühüm dövlət layihələrini həyata keçirmək üçün ciddi resurslara malikdir.

Sosial sahədə də müsbət dəyişikliklər olub. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faiz arasında olub. Artımların xüsusilə az müdafiə olunan təbəqəyə yönəlməsi, dövlətin sosial ədalət prinsiplərinə əsaslanan siyasətinin bir hissəsidir. Azərbaycan hökuməti həmçinin Qarabağın bərpası kimi böyük investisiyaların həyata keçirildiyi bir dövrdə sosial məsələləri də diqqət mərkəzində saxlayır. Son bir neçə ildə dörd sosial paket həyata keçirilib və bu məqsədlərə 7 milyard manatdan çox vəsait xərclənib.

Bu yanaşma Azərbaycanın iqtisadi inkişafı ilə paralel olaraq ölkədə sosial inkişafı da nəzərdə tutan bir siyasətin həyata keçirildiyini göstərir. Gələcəkdə də iqtisadi imkanlar artdıqca, sosial məsələlərin həlli, minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələləri ön planda saxlanılacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdır və yaşayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1243   Tarix: 13 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr