"Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi Abedini Azərbaycan xalqından üzr istəməlidir" - DEPUTAT
"Azərbaycan-İran münasibətləri son illərdə mürəkkəb və gərgin xarakter daşıyır. Hazırkı İran rəhbərliyi ilə Azərbaycan arasında ciddi təmaslar olmasa da, bəzi hökumət üzvləri arasında əsasən iqtisadi və nəqliyyat məsələlərinə dair görüşlər keçirilib".
Bunu Sonxeberə.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Laçın yoluna nəzarət bərpa edildikdən sonra Azərbaycanın ərazisi olan Qarabağa İranın yanacaq daşıyan yük maşınlarının qanunsuz səfərlər etməsi İran Azərbaycan münasibətlərini gərginləşdirən məqamdır:
"Nəticədə, məsələ ictimailəşdirildi və İran səfirinə rəsmi etiraz notası təqdim edildi. Daha sonra yanacaq daşıyan maşınlara saxta erməni nömrələri yapışdırıldı və bununla qanunsuz səfərlər gizlədilməyə çalışıldı. Lakin nömrələrin təkrarlanması və maşınların fərqli olması bu saxtakarlığı açıq-aşkar ortaya qoydu.
Azərbaycan bu təxribatlara adekvat cavablar verdi. İran-Azərbaycan sərhədində keçirilən hərbi təlimlərə cavab olaraq Azərbaycan da eyni şəkildə təlimlər keçirdi və öz mövqeyini qəti şəkildə ifadə etdi. Lakin İran tərəfi mətbuatda təhqir və dezinformasiya kampaniyasına başladı. Bu, Azərbaycanın haqlı mövqeyinə qarşı zəif və təhrikedici bir yanaşma idi.
İranın bəzi rəsmilərinin, o cümlədən İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsinin Azərbaycana qarşı təhqiramiz çıxışları da münasibətləri gərginləşdirib. Azərbaycan bu cür hərəkətlərin cəzasız qalmasını qəbuledilməz hesab edir və biz üzr istənilməsini tələb edirik. Prezident İlham Əliyev İran rəsmilərinin Azərbaycana qarşı qeyri-adekvat davranışlarını və açıqlamalarını kəskin şəkildə tənqid etmiş, Ərdəbil nümayəndəsinin Azərbaycan xalqından üzr istəməli olduğunu vurğulamışdı".
Deputat söyləyib ki, İran mollalarının siyasətçi rolunda çıxış etməyə çalışması, əslində, onların əsas missiyasından uzaqlaşdıqlarını göstərir:
"Onların başlıca vəzifəsi Quranın mahiyyətini insanlara başa salmaq, dini dəyərləri qorumaq və insanları dini rituallara əməl etməyə təşviq etməkdir. Bununla belə, görünür ki, bəzi İran mollaları bu çərçivədən kənara çıxaraq siyasi bəyanatlar verməyə cəhd edirlər. Belə çıxışlar onların savadına, məntiqinə və intellektual səviyyəsinə uyğun gəlmir. Bu bəyanatların müəyyən dairələrin razılığı və ya göstərişi ilə səsləndirilməsi aşkardır. Bu kimi çıxışlar yalnız gülüş və təəccüb doğurur.
Belə bəyanatlar, əksinə, İran hakimiyyətinin imicinə zərbə vurur və ölkənin xarici siyasətində neqativ təsirlər yaradır. Azərbaycanla ikitərəfli münasibətlərin zərər görməsi həm bölgədəki sabitlik, həm də iki ölkə arasındakı əməkdaşlıq üçün mənfi nəticələr doğurur.
Rəsmi Tehran bu kimi vəziyyətləri nəzərə almalı, mollaların siyasi məsələlərə müdaxiləsinin qarşısını almalı və Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi Abedini Azərbaycan xalqından üzr istəməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü