"Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - MƏBLƏĞ
"Azər-Türk Bank"ın rəhbərliyi 2024-cü ilin ilk altı ayında 736 min manat gəlir əldə edib.
Valyuta.az xəbər verir ki, bank 2023-cü ilin ilk yarısı üzrə müvafiq rəqəmləri açıqlamadığı üçün müqayisə aparmaq mümkün olmayıb. Bununla belə, 2023-cü il üzrə ATB rəhbərliyinin gəlirlərinin 1 milyon 18 min manat təşkil etdiyi məlumdur.
Bankın rəhbərliyinin gəlirlərinin ümumi işçi heyətinə ödənişlərdə çəkisi isə 5,4 % təşkil edib. Belə ki, ATB işçilərinə 2024-cü ilin yanvar-iyun aylarında 13 milyon 649 min manat ödəniş edib.
Bu məbləğə bankın İdarə Heyəti və Müşahidə Şurasına daxil olan şəxslərin sosial ödəmələri və əməkhaqları daxildir. Belə ki, sözügedən ödəmələrin 145 min manatı sosial ödəmələrə yönəldilib. Ödənişlərin 591 min manatını isə əməkhaqları təşkil edib.
Hazırda bankın rəhbərliyində 8 nəfər təmsil olunur. Bura bankın Müşahidə Şurasının sədri Ruslan Əlixanov, MŞ-nin iki üzvü- Günel Nəbiyeva və Pərvin Manafov, İdarə Heyətinin sədri Orxan Hüseynov, İH-nin üzvləri İslam Musayev, Orxan Qədirbəy, Araz Gəncəli və Emil Ələkbərov daxildir.
Bu isə o deməkdir ki, 2024-cü ilin ilk yarısında bank rəhbərliyində təmsil olunan hər bir şəxsin ortalama gəliri 92 min manat təşkil edib.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1112 Tarix: 13 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Düyünü bişirməzdən əvvəl həmişə yumaq lazımdır?
Düyünün bişirilməzdən əvvəl yuyulmasının vacibliyi ilə bağlı aşpazlar açıqlama veriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, düyünü yumaq onun üzərində qalan toz, çirk və artıq nişastanı təmizləyir. Bu isə bişdikdən sonra düyünün bir-birinə yapışmamasına və daha dadlı olmasına kömək edir
25 martUniversitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imka
23 martSəhər və axşam fərq etmədən zəhər istehlak edirik
Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub. Xüsusilə ağır metal olan kadmiumun qida zəncirinə necə daxil olduğu və bədəndə
25 martBu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib
25 martGDU-nun tələbəsi vəfat etdi - Foto
Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, universitetdə təhsil alan 199-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlu dünyasını dəyişib. Onun hansı səbəbdən həyatını itirməsi bildirilməyib. Qeyd edək ki, F.Əlizadə Birinci Qarabağ müharibəsi qazisi, Cəbrayı
23 martHər gün istifadə edirik, amma heç təmizləmirik
Evimizdə hər gün istifadə etdiyimiz o əşya, əslində bir kif və bakteriya yuvası ola bilər. Aparılan araşdırmalar göstərir ki, xalça və ayaqaltılar kifayət qədər təmizlənmədikdə sağlamlıq üçün ciddi təhlükə yaradır. xəbər verir ki, son tədqiqatlar sübut edib ki, demək olar ki, hər evdə olan xalça, kili
25 mart