"15 min manat versəydim, işlə təmin olunardım" – ŞƏHİD ÖVLADI

"15 min manat versəydim, işlə təmin olunardım" – ŞƏHİD ÖVLADINaxçıvan MR sakini, şəhid övladı Sanami Əhmədov rəsmi qurumlardan şikayətçidir

Naxçıvan Muxtar Respublikası (MR), Sədərək rayonu, Dəmirçi kənd sakini Əhmədov Sanami Etibar oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

"Mən, Əhmədov Sanami Etibar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemi işıqlandırasınız.

2023-cü ilin aprel ayında Sədərək Rayon İcra Hakimiyyətindən zəng edib, rayon Mərkəzi Xəstəxanasında ambulans sürücüsü kimi işləmək istəyib-istədiyimi soruşdular. Əlavə etdilər ki, şəhid ailələrinə üstünlük verilir. Mən də razı olduğumu bildirdim.

Anamla birgə Səhiyyə Nazirliyinə getdim. Lakin Kadrlar Şöbəsinin müdiri Vüsal bəy bizə bildirdi ki, vakant yer yoxdur. Mən isə dedim ki, axı, bizi bura iş üçün göndəriblər...

Sonra Ali Məclisə getdim, şikayətimi məktub şəkilində yazdım. Məktubuma cavab gəldi ki, vakant yer yoxdur, yer olanda çağıracaqlar.

2023-cü ilin avqust ayında anamla yenidən Səhiyyə Nazirliyinə getdim. Nazirliyin əməkdaşı Eminova Aysel Əziz qızı bizi qəbul etdi. Ona bildirdim ki, Sədərək Mərkəzi Xəstəxanasında vakant yer yoxdursa, məni Şərur rayonunda işlə təmin edin. Aysel xanım dedi ki, mənlik deyil, Günəş Qədimovanın qəbuluna gedin. O da bizə bildirdi ki, Şərur rayonunda vacant yer yoxdur.

Bir neçə gün sonra Ali Məclisdən zəng gəldi. Onlar da vakansiya olmadığını dedilər və Məşğulluq Agentliyinə müraciət etməyimizi məsləhət bildilər.

Bütün bunlardan sonra Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbuluna yazıldım. O, 16.11.2024-cü ildə bizi qəbul etdi. Xahiş etdim ki, heç olmsa Şərur rayonunda işlə təmin etsinlər. Bildirdim ki, məndən Sədərək xəstəxanasında sürücü kimi işləmək istəyib-istmədiyimi soruşdular, amma işə götürmədilər. Əlavə etdim ki, 3 min manat versəydim, indi işləyərdim. Fuad Nəcəfli məndən soruşdu ki, indi neçə min olub? Mən də 15 min manat olduğunu bildirdim.

22.11.2024-cü ildə mənə Məşğulluq Agentliyindən zəng gəldi. İşlə bağlı Ali Məclisə müraciət etdiyimi dedilər və nə iş istədiyimi soruşdular. Dedim ki, xəstəxanada ambulans sürücüsü işləmək istəyirəm. Lakin yenə də işlə təmin olunmadım".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1427   Tarix: 13 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr