"Bakıdakı tıxac probleminin yeganə həll yolu bölgələri inkişaf etdirməkdir" – AÇIQLAMA

"Bakıdakı tıxac probleminin yeganə həll yolu bölgələri inkişaf etdirməkdir" – AÇIQLAMABakı sakinləri tıxaclarla bağlı narazılıqlarını tez-tez dilə gətirir. Belə ki, tıxaclar artıq o həddə çatıb ki, artıq "pik saat" deyilən bir anlayış qalmayıb. Artıq paytaxtın hər saatı tıxacdan ibarətdir.

Bəs görəsən tıxaclar niyə artıb və problemin həlli yolu nədir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Sonxeber.az – a açıqlama verib:

"Tıxacların artmasının əsas səbəbi odur ki, Bakıda avtomobilləşmə çox sürətlə gedir. İmkanı çatan hər kəs bu fürsəti qaçırmır və maşın alır. Düzdür, müxtəlif səbəblər ola bilər. Amma nəticə yaxşı deyil. Avtomobilləşmənin bu formada davam etməsi problemlər, tıxaclar yaradır. Artıq tıxacın pik saatı yoxdur. Belə bir anlayış qalmayıb. Günün hər saatı tıxac var. Artıq aidiyyati qurumlar vəziyyətdən qurtulmağın yollarını axtarır. Bunun da əsas yolu ictimai nəqliyyatı inkişaf etdirmək, yeni nəqliyyat vasitələri yaratmaq və ən əsası bölgələri inkişaf etdirməkdir. Bu gün bölgələrdə ayağı yer tutan Bakıya gəlir. Bunun səbəbi işsizlikdir. Əlbəttə sadəcə şəhər həyatı arzulayaraq Bakıya gələnlər də var. Amma, əksər insanlar maddi ehtiyaclar ucbatından yurd-yuvalarından didərgin düşüb şəhərə üz tuturlar. Bakının tıxac probleminin kökü bölgələrdir. Buna görə də bölgələrdə inkişaf lazımdır. yeni iş yerləri açılmalı, yaşayış səviyyəsi yaxşılaşdırılmalıdır. Mən bir çox ölkələrin təcrübələrinə nəzər yetirirəm, məsələn qardaş Türkiyədə, Gürcüstanda ən ucqar kəndlər belə inkişaf edib. Əyləncə mərkəzindən tutmuş, istirahət mərkəzinə qədər hərşey var. Ən əsası potensiallı iş yerləri var. Bizdə isə yanaşma fərqlidir. Bölgələrdə insanlar hesab edir ki, hamı mal-qara saxlamalıdır. Amma bu belə deyil. Bu fəlsəfə düzgün qurulmayıb. Yanaşma dəyişməli, iş yerlərinin açılması məsələsinə geniş aspektdən baxılmalıdır. Bakıdakı tıxac probleminin yeganə həll yolu bölgələri inkişaf etdirməkdir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1588   Tarix: 14 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış şair vəfat etdi (FOTO)

Tanınmış şair, yazıçı Aydın Rəşid vəfat edib. "Yeni Sabah"-a istinadla xəbər verir ki, o, 64 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Aydın Ağasaleh oğlu Rəşidov 1962-ci il iyunun 1-də Bakıda anadan olub. Bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlayıb. Mətbuatda şeirləri dərc olunub

16 yanvar
.

Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Yanvarın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. xəbər ki, komitə sədri, əvvəlcə

16 yanvar
.

Azad olunmuş ərazilərdə növbəti seçkilərədək bələdiyyələr yaradıla bilər

Azad olunmuş ərazilərdə növbəti yerli özünüidarəetmə orqanlarına seçkilərədək bələdiyyələr yaradıla bilər. xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Elman Məmmədov qurumun bugünkü iclasında deyib. Onun sözlərinə görə, bununla da Azərbaycanın işğaldan azad edilmiş torpaqlarınd

16 yanvar
.

Gördüklərinə üsyan edən qadın: "Allah mənə Kəbəyə getməyi nəsib etməsin" - VİDEO

Sosial mediada paylaşdığı video ilə Kəbə ziyarətini "reklam vasitəsi" kimi istifadə etdiyini düşündüyü şəxslərə etiraz edən bir qadın diqqət çəkib. O, "Allah mənə umrəyə getməyi nəsib etməsin" sözləri ilə fikirlərini ifadə edib. Bu barədə türk mediasına istinadən xəbər verir. Qadı

16 yanvar
.

Borcunu qaytara bilməyən qadın eltisinin qızıllarını oğurladı - TƏFƏRRÜAT

Lənkəranda qadın qaynının arvadının 9200 manatlıq qızıl-zinət əşyalarını oğurlayıb. -ın məlumatına görə, şəhər sakini, 1998-ci il təvəllüdlü Fəran Əsgərli şəxsi məsələləri üçün Lənkəran sakinindən 2 min manat borc götürsə də, həmin pulu söz verdiyi vaxtda qaytara bilməyib. Qadın məcburiyyət qarşısınd

15 yanvar
.

Dəm qazından ölən türkiyəli tələbə sahibkarın qızı imiş

Ötən gün Naxçıvanda dəm qazından boğularaq ölən türkiyəli tələbə Büşra Aksu Türkiyənin Ordu vilayətindən imiş. "Qafqazinfo" xəbər verir ki, Ordunun yerli mediası və səhifələr onun vəfatı ilə bağlı başsağlığı mesajları yayıb. Bildirilib ki, Büşranın atası Sezai Aksu Orduda sahibkarlıq (esnaf

15 yanvar
.

Füzulidə əmi və qardaşı oğlunun FACİƏLİ ÖLÜMÜ: Maşından meyitləri tapıldı

Füzuli rayonunda avtomobildə yatan əmi və qardaşı oğlu dəm qazından boğularaq ölüblər. -ın əldə etdiyi məlumata görə, yanvarın 15-i Qarabağ kəndində avtomobili işlək vəziyyətdə saxlayıb yatan 1977-ci il təvəllüdlü Bayram Cavan oğlu Hətəmov və onun 1998-ci il təvəllüdlü qardaşı oğlu Vüsal Natiq oğlu Hətəml

15 yanvar
.

Azərbaycanda bu il əmək pensiyaları 9 % yaxın artacaq

Zəka Mirzəyev: Azərbaycanda bu il əmək pensiyaları 9 % yaxın artacaq. Azərbaycanda bu il əmək pensiyalarında artım 9 % ətrafında olacaq. xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. "Ötə

15 yanvar
.

Yollar buz bağlayacaq

Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvə

15 yanvar