Plastik cərrahlar efirə buraxılmayacaq

Plastik cərrahlar efirə buraxılmayacaqPlastik cərrahların efirdə çıxışlarına yasaq qoyulub.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, yanvar ayının 31-dək Azərbaycanda fəaliyyət göstərən bütün plastik, estetik cərrahlar ciddi yoxlamadan keçəcəklər. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçiriləcək bu yoxlamalardan üzüağ çıxan plastik və estetik cərrahlara sənəd veriləcək. Bu sənədi əldə edə bilməyən cərrahların fəaliyyətinə icazə verilməyəcək.

Qeyd edək ki, yaxın günlərdə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 892   Tarix: 15 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niyə şənbə günləri təmizlik, bazar günləri istirahət edirik? - MARAQLI FAKTLAR

Bazar gününün istirahət günü kimi qəbul olunması tarixi, dini və sosial amillərin qarşılıqlı təsiri nəticəsində formalaşıb. Bu məsələni daha dərindən anlamaq üçün müxtəlif dinlərdə həftənin müqəddəs günlərinin necə müəyyənləşdirildiyini və bu ənənələrin müasir cəmiyyətlərə necə təsir etdiyini araşdırma

25 mart
.

Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər

İki gündür aramsız yağan yağış Bakıda və paytaxtın ətrafında nəqliyyatın hərəkətini çətinləşdirib. "Qafqazinfo" xəbər verir ki, bir sıra yolları su basıb. Bəzi ərazilərdə kanalizasiya xətlərinin daşması vəziyyəti daha da çətinləşdirib. Səhər saatlarında paytaxtın bəzi ərazilərində çəkilmi

28 mart
.

Heydər Əliyev Mərkəzi Pakistan bayrağının rəngləri ilə işıqlandırıldı

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub. Qaynarinfo xəbər verir ki, proyeksiya 23 mart - Pakistan Günü münasibətilə edilib

23 mart
.

Polkovnik-leytenant haqda - Yeni qərar

Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb. "Qafqazinfo"nun məlumatına görə, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib. Z.Gülməmmədovun həbs müddəti daha 3 ay artırılıb. Qeyd edək ki, polkovnik-leytenan

23 mart
.

Altı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi: "Bu dəqiqə yemək hazırlamasan..." - FOTO

Bakıda 6 yaşlı ögey övladını yuxudan oyadıb xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən Rəşad İsmayılovun cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadən xəbər verir ki, istintaqla Rəşad İsmayılovun xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxs

26 mart
.

Bakıda 7,3 milyona mənzil satışa çıxarıldı

Hazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb. xəbər verir ki, mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür. 18 mərtəbəli binanın 4-cü mərtəbəsind

25 mart
.

Ölkə ərazisində yağıntılar davam edir - FAKTİKİ HAVA

Martın 26-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək v

26 mart
.

Dünya bu gün 1 saat işıqsız qalacaq

Bu gün bütün dünyada "Yer saatı" (WWF) ümumdünya vəhşi təbiət fondu aksiya keçirir. Axşam.az xəbər verir ki, qlobal aksiya axşam saat 20:30-da başlayacaq və 21:30-a kimi davam edəcək. Aksiyada milyonlarla insan eyni anda işıqları söndürərək iqlim böhranına diqqət çəkəcək. Aksiya hər il martı

28 mart
.

Ağdamda bir nəfər MİNAYA DÜŞDÜ - Son vəziyyəti açıqlandı

Ağdamda Yusifcanlı kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb. Mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. -ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığ

26 mart