Şamil Ayrım: Azərbaycan və Türkiyənin həmrəyliyi Türk Dövlətləri Təşkilatına da böyük güc verir
Prezident İlham Əliyev tərəfindən medalla təltif olunmağım Türkiyə-Azərbaycan həmrəyliyinin və gələcək ortaq fəaliyyətlərimizin daha da möhkəmlənməsi üçün fəaliyyət göstərən hər kəsə verilən dəyərdir.
Bu sözləri Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım "Report"un Ankara bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil edilərək ona təqdim olunan "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə bağlı fikirlərini bildirərkən deyib.
Azərbaycan-Türkiyə, eləcə də bütün türk dünyası ilə bağlı onun və komandasını daha çox işlər gözlədiyini vurğulayan Şamil Ayrım bildirib ki, sözgedən mükafat onu həmin işləri başa çatdırmağa, iki qardaş ölkə arasında əlaqələrin gözəl nümunələrini bütün dünyaya yaymağa həvəsləndirir: "Bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonlarında 200 min azərbaycanlı Qərbi Azərbaycandan qovulub. Hazırda bu insanların beynəlxalq hüquqdan faydalanaraq şərəfli bir şəkildə öz ata baba yurdlarına geri dönmələri məsələsi var.
Ötən il 5-6 dekabr tarixlərində Qərbi azərbaycanlıların evlərinə şərəfli və təhlükəsiz şəkildə geri qayıtmalarıyla bağlı beynəlxalq səviyyədə toplantı keçirildi. O, iclasın yekun sənədi BMT-yə təqdim edildi. Yəni Qərbi azərbaycanlıların bu haqları artıq BMT-nin də qeydinə düşdü. Buna görə də biz, istər ölkə daxilində, istərsə də ölkə xaricində fəaliyyətimizi davam etdirəcəyik. Bundan başqa 2020-ci ildə Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanan anlaşmanın 9-cu maddəsində Zəngəzur dəhlizinin açılması məsələsi var.
Təəssüf ki, Ermənistan Fransanın maraqlarının qurbanına çevrilərək bu anlaşmaya əməl etmək istəmir. Fransa Ermənistanın silahlanması üçün əlindən gələni edərək, döyüş meydanında qələbə qazanmış, danışıqlar masasında söz sahibi olan Azərbaycanın zamanını alır. Amma bütün bu süni maneələrə baxmayaraq biz ilahi ədalətin yenə də zəfər çalacağına, 2025-ci ildə Zəngəzur məsələsinin həll olacağına inanırıq".
Ş.Ayrım əlavə edib ki, bölgədə Azərbaycan və Türkiyənin həmrəyliyi Türk Dövlətləri Təşkilatına da böyük bir güc verir: "Bu təşkilatın daha da böyüməsi üçün biz də bacardığımız dəstəyi əsirgəmirik. Şimali Kipr Türk Respublikasının da çox ölkə tərəfindən tanınacağına şahidlik edəcəyimizə inanıram. Biz çox pozitiv ruhdayıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 829 Tarix: 18 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021