Məleykə Əsədova Çimnaz haqda: "Düzü, çox pis oldum, rejissor çox nahaq elə deyir…"

Məleykə Əsədova Çimnaz haqda: "Düzü, çox pis oldum, rejissor çox nahaq elə deyir…"Yanvarın 15-də vəfat edən aktrisa Çimnaz Sultanovanın dəfninə həmkarlarının qatılmaması diqqət çəkib. Əsasən də vaxtilə çəkildiyi "Vicdan haqqı" serialının rejissoru Rövşən İsax və yaradıcı heyətin əksəriyyətinin orada olmaması müzakirələrə səbəb olub. Bundan başqa, adıçəkilən rejissor "o cür qadının dəfninə" getməyi, orada görünməyi "özünə yaraşdırmadığını" deyib.

Sitat: "Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində mənim görünməyim nə dərəcədə düzgündür? Mənim evdə iki övladım böyüyür".

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Xalq artisti Məleykə Əsədova bu cür yanaşmanın yanlış olduğunu bildirib:

"Düzü, çox pis oldum. Rejissor çox nahaq elə deyir. Mən məsələyə bu cür yanaşa bilmirəm. Hamımız haqq yolundayıq, hamımızın da sonu o dünyadır. Açığı, Çimnaz Sultanova ilə yaxınlığım yox idi. Ölümündən də, dəfnindən də gec xəbər tutdum. İnanın ki, yoxsa dəfnində iştirak edərdim. Hər birimiz gec-tez dünyadan köçəcəyik. Cavan xanım idi. Çox pis oldum. Allah o dünyasını versin".

Qeyd edək ki, aktrisa Ç.Sultanova 45 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.

O, 15 yanvar 1980-ci ildə Bakıda anadan olub. "Vicdan haqqı", "Sənə inanıram", "Bayram axşamı" kimi bir sıra serial və filmlərdə rol alıb.

Həmçinin Almaniyada Beynəlxalq iqtisadi əlaqələr fakültəsindən məzun olub. Dram dərnəyində aktyorluq sənəti üzrə və eyni zamanda vokal üzrə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyub.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1809   Tarix: 19 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021