Çində dronları stadion ölçüsündə "uçan boşqab"a çevirən texnologiya icad olundu
Çinli tədqiqatçılar elektron müharibə sahəsində oyun qaydalarını dəyişə biləcək yeni texnologiyalar hazırlayırlar. Onlar "iPad" ölçüsündə kiçik bir reflektorun, radar ekranında stadion ölçüsündə nəhəng uçan naməlum obyekt (UNO) kimi görünməsini təmin edən üsul tapıblar. Bu texnologiya radarın ekranında dronun əvəzinə nəhəng uçan boşqabın görüntüsünü yaradır.
Oxu.Az-ın "South China Morning Post"a istinadən verdiyi məlumata görə, bu barədə Milli Müdafiə Texnologiyaları Universitetinin mütəxəssisləri xəbər veriblər.
Alimlərin sözlərinə görə, yeni texnologiya əks-səda yaradan radar qurğusunun istifadəsinə əsaslanır. Bu qurğu düşmənin radar ekranlarında kiçik bir pilotsuz təyyarəni nəhəng "uçan boşqab" kimi maskalamağa imkan verir.
"Belə qurğularla təchiz edilmiş pilotsuz təyyarə sürüsünü təsəvvür edin. Bizim qurğularımız düşmənin radarlarını tam olaraq yükləyərək, real hədəflərin aşkarlanmasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər", - deyə universitetdən bildirilib.
Qeyd edək ki, bu cür qurğuların yaradılması ideyası 1959-cu ildə təqdim edilmiş bir patentdən irəliləyərək meydana çıxıb. Lakin uzun illər davam edən tədqiqatlardan sonra alimlər yalnız indi bu sahədə əhəmiyyətli irəliləyiş əldə edə biliblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1011 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistanda qatar partladıldı: 24 ölü, 50-dən çox yaralı
Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) qatarın partladılması nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb, 50-dən çox insan isə xəsarət alıb. -ın məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli yüksəkvəzifəli məmura istinadən xəbər verir. "Qatar Kvettada
24 mayİran ABŞ-yə yeni nüvə təklifi verdi
İran ABŞ ilə aparılan dolayı danışıqlar çərçivəsində uranın 3.6%-dən yuxarı zənginləşdirilməsinin 10 il müddətinə dayandırılması təşəbbüsü ilə çıxış edib. xəbər verir ki, bu barədə "Al Hadath" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İran uranın 20%-dən yuxarı zənginləşdirilmiş hissəsin
24 mayMüsəlman liderləri Trampı İranla müharibəni dayandırmağa çağırıb
ABŞ Prezidenti Donald Trampla videokonfransda iştirak edən bütün ərəb və müsəlman liderləri onu İranla razılığa gəlməyə və bölgədəki düşmənçiliyə son qoymağa çağırıblar. "Report" xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb. Ağ E
24 mayRusiyada şəhər meri vəfat etdi
Rusiyanın Nalçik şəhərinin meri Taymuraz Axoxov vəfat edib. "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kabarda-Balkar rəhbərliyinin administrasiyası məlumat yayıb. Qeyd olunub ki, T.Axoxov 55 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Axoxov paytaxt meriyasın
24 mayPaşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib. -ın məlumatına görə, erməni baş nazir bu barədə "Facebook" səhifəsində yazıb. "Axalkalaki-Qars dəmir yolunun, eləcə də Azərbaycanın dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxa
24 may