"Azərbaycan və Gürcüstan mehriban qonşuluq münasibətlərinə sadiq qaldıqlarını dəfələrlə sübut ediblər" - DEPUTAT

"Azərbaycan və Gürcüstan mehriban qonşuluq münasibətlərinə sadiq qaldıqlarını dəfələrlə sübut ediblər" - DEPUTAT"Azərbaycan və Gürcüstanı tarixi uzun əsrlərə dayanan qonşuluq və əməkdaşlıq əlaqələri birləşdirir. Müəyyən tarixi mərhələlərdə iki dövlət arasında müəyyən anlaşılmazlıq və fikir ayrılıqlarına rast gəlinsə də, hər iki xalqın problemlərin həllinə müdrikliklə yanaşması münasibətlərin dinc qonşuluq və birgəyaşayış prinsipləri əsasında davam etdirilməsi ilə nəticələnib".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan və Gürcüstan əlaqələrinin mehriban qonşuluq və strateji əməkdaşlıq prinsipləri üzərində qurulması heç şübhəsiz, hər iki ölkənin, eyni zamanda Cənubi Qafqaz regionunun siyasi-iqtisadi inkişafı baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Azərbaycan hal-hazırda Gürcüstanın etibarlı tərəfdaşı, bu ölkənin əsas enerji təminatçısı kimi çıxış edir. Gürcüstanda istehlak edilən təbii qazın 80 faizi Azərbaycanın payına düşür:

"Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynamaqdadırlar. Statistik məlumatlara nəzər salsaq görərik ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində sərmayə qoyub.Gürcüstan Respublikasının ərazisində çoxsaylı soydaşlarımızın yaşaması, habelə Azərbaycanın dünya okeanına çıxışını bu ölkə vasitəsilə reallaşdırması iki dövlət arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradan amillərdəndir. Azərbaycan və Gürcüstanın müstəqilliyini bərpa etdiyi ilk dövrlərdə – 1991-1993-cü illərdə ölkələr arasında mövcud olan ənənəvi münasibətlərdə müəyyən dərəcədə durğunluq yaransa da, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Cənubi Qafqazın bu iki respublikası öz əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəltdilər".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə bu iki qonşu dövlət arasındakı əlaqələr misilsiz dərəcədə inkişaf edib:

"İki ölkə arasında indiyədək 123 sənəd imzalanıb. Keçən əsrin 90-cı illərinin sonlarından başlayaraq Gürcüstan Azərbaycanın uğurlu enerji və infrastruktur layihələrinin həyata keçirilməsində, Azərbaycan neftinin dünya bazarına çıxarılmasında ölkəmizin əsas partnyorlarından birinə çevrildi. Azərbaycan Respublikasının Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, TANAP layihəsi, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi nəhəng layihələrinin əsas iştirakçılarından biri də Gürcüstan Respublikasıdır. Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və ixracın həcmi ildən-ilə artır. Keçən il Gürcüstan tranziti vasitəsilə Azərbaycanın qaz icracı 25 milyard kubmetrə çatıb. Hazırda Azərbaycan və Gürcüstan böyük bir coğrafiyanı əhatə edən Orta Dəhliz layihəsinin əsas iştirakçılarındandır. Prezident İlham Əliyevin təbirincə desək "...yenə də Gürcüstanla Azərbaycan burada Avropa və Asiya arasında körpü rolunu uğurla oynayır".

Təkcə coğrafi yaxınlıq və iqtisadi mənafe deyil, eyni zamanda oxşar problemlər də gürcü və Azərbaycan xalqlarını birləşdirən amillərdəndir. Separatçılıq və ərazi bütövlüyünün pozulması kimi təhlükələrlə qarşılaşmış Gürcüstan və Azərbaycan öz hüquqlarını müdafiə etmək üçün bütün beynəlxalq platformalarda birgə çıxış edirlər. Tarixə nəzər salsaq məlum olur ki, hələ 1919-cu ildə iki respublika öz suverenliyi və ərazi bütövlüyünü qorumaq məqsədilə hərbi pakt bağlamış, qarşılıqlı şəkildə bir-birlərinə hərbi-texniki və iqtisadi yardım göstərmişlər. Bir faktı da qeyd etmək yerinə düşərdi ki, 1920-ci ilin aprelində Azərbaycana bolşevik müdaxiləsi təhlükəsinin artdığı şəraitdə Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi".

Deputat müasir dövrümüzdə də Azərbaycan və Gürcüstan mehriban qonşuluq və dostluq münasibətlərinə sadiq qaldıqlarını dəfələrlə sübut etdiklərini də qeyd edib:

"Hələ 1997-ci ildə hər iki respublika öz qanuni hüquqlarını müdafiə etmək məqsədilə digər dövlətlərlə birgə GUAM blokunu təşkil ediblər. Hər iki dövlət siyasi konyukturadan asılı olmayaraq öz qonşusunun qanuni hüquqlarına və ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə sübut edib. 2008-ci ildə Rusiya-Gürcüstan hərbi münaqişəsi zamanı Rusiya ilə dostluq münasibətlərinə baxmayaraq, Azərbaycan Respublikası Gürcüstana mümkün olan diplomatik, siyasi dəstək verdi. Dostluq münasibətlərinə sadiq qalan Gürcüstan hökuməti də 2020-ci ildə öz hava məkanının Ermənistana silah daşıyan təyyarələr üçün bağladığını elan etdi. 2024-cü ilin oktyabrında Gürcüstanda keçirilən seçkilərdə xalqın öz azad iradəsini ifadə etməsi ilə barışmayan bəzi qüvvələrin bu ölkənin daxili işlərinə qarışması müəyyən siyasi gərginliyə səbəb oldu. Həmin zaman Azərbaycan Respublikası gürcü xalqının seçdiyi qanuni hakimiyyəti müdafiə edərək, suveren dövlətin daxili işlərinə qarışmağın yolverilməz olduğunu bütün dünyaya bəyan etdi. Bütün bunlar Azərbaycan-Gürcüstan əlaqələrinin sağlam təməllər üzərində qurulduğunu, dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını bir daha sübut edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1083   Tarix: 19 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr