Metropolitenin iş rejiminə DƏYİŞİKLİKLƏR EDİLƏCƏK
Yanvarın 20-də Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
Sonxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar "20 Yanvar", həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
"Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq".
Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında "Nərimanov" elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1102 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabr