"Filmdə ərsəyə gətirilmiş bütün faktlar reallığı əks etdirirdi" - Əli Vəliyev
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında tarixi Sədərək döyüşlərinin 35 illiyinə həsr olunmuş "Sədərəkdən Şuşaya" filminin təqdimat mərasimində Manset.az saytının baş redaktoru Əli Vəliyev bildirib.
"Bu filmin nümayiş olunduğu zalda, bəlkə, ən gənc sədərəklilərdən biri idim. Mənim həmin hadisələr vaxtı, təxminən, 4-5 yaşım var idi. Mən film haqqında onu deyə bilərəm ki, filmdə ərsəyə gətirilmiş bütün faktlar reallığı əks etdirirdi. Eyni zamanda Nəzifə ananın timsalında Azərbaycan qadınının qəhrəmanlığı göstərilirdi."
"Filmdə çox gözəl bir fikir də vurğulandı ki, məhz, biz ilk qələbəmizi 1990-cı ildə Sədərək döyüşlərində qazanmışıq" bu ifadə mənim çox xoşuma gəldi. Təbrik edirəm bir daha. Çox uğurlu bir filmdir."
Qeyd edək ki, Naxçıvan televiziyasının hazırladığı, müəllifi Sahil Tahirli olan "Sədərəkdən Şuşaya" sənədli televiziya filmində hadisələr Sədərək döyüşlərində iştirak etmiş qazilərin, döyüşçülərin və həmin döyüşlərdə həkim kimi çalışmış qəhrəman qadın Nəzifə Qaybalıyevanın timsalında nümayiş etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1097 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabr