"20 Yanvar faciəsi bəşəriyyətə, insanlığa, hümanizmə qarşı törədilmiş terror aktıdır" - DEPUTAT
"20 Yanvar faciəsi bəşəriyyətə, insanlığa, hümanizmə qarşı törədilmiş terror aktıdır" - bu sözləri Sonxeber.az - a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
"1985-ci ildə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gətirilməsindən sonra Sovet İttifaqının dağılma prosesi sürətləndi. Yenidən qurma siyasəti adı altında imperiya tərkibində yaşayan xalqlar arasında nifak toxumları səpən Qorbaçovun azərbaycanlılara qarşı düşmən mövqeyi günü-gündən artmaqda idi. Qarabağda baş qaldıran erməni separatizmi, 1989-ci ildə Qərbi Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasının sonuncu mərhələsinin həyata keçirilməsi xalqımızın milli oyanışını, müstəqillik ideyalarını daha da şidətləndirdi. Lakin, Kreml rəhbərliyi bu tələbləri boğmaq məqsədi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz müstəqil dövlətini qurmaq və suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Əsas qüvvəsi ermənilərdən təşkil olunmuş Qırmızı ordu hissələri dinc əhaliyə qarşı güc tətbiq edərək çox sayda insanın həyatını itirməsinə və yaralanmasına səbəb oldu. Faciə nəticəsində 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. 20 Yanvar faciəsi bəşəriyyətə, insanlığa, hümanizmə qarşı törədilmiş terror aktıdır. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış və müstəqillik mübarizəmizin dönüm nöqtəsidir.
Dünyanın gözü önündə həyata keçirilən qətliama ilk hüquqi qiymət məhz dahi rəhbərimiz Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. O, həyati təhlükəsinin olmasına baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pislədi və dinc əhaliyə qarşı törədilən terroru, insani dəyərlərə, demokratiyaya zidd adlandırdı.
20 Yanvar faciəsi hər bir azərbaycanlının azadlıq simvoludur. İllər ötsə, əsrlər keçsə də Azərbaycan dövləti yaşayacaq və and yerimiz olan üç rəngli şanlı bayrağımız daim azad, suveren və müstəqil səmamızda qürurla dalğalanacaqdır"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü