Bakı şəhərində 10 yeni metropoliten stansiyası tikiləcək - RƏSMİ
2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metropoliten stansiyası tikiləcək, bununla 4 kəsişmə stansiyası olacaq.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirilib.
"2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metropoliten stansiyasının tikilərək təhvil verilməsi tapşırığını almışıq. Bu, nəqliyyat sahəsində böyük bir inkişaf deməkdir. Bu, Bakı şəhərinin ümumi mobilliyinin təmin olunması sahəsində görüləcək tədbirlərdən biridir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərinin "rəqəmsal əkiz" layihəsi hazırlanıb. Müxtəlif mənbələrdən əldə olunmuş milyonlarla data təhlil edilərək paytaxt sakinlərinin hərəkət trayektoriyası müəyyən edilib, sıxlıq yaradan səbəblər və "dar boğaz"ların həll edilməsi metodları təhlil olunub. Ümumilikdə, ictimai nəqliyyatın bütün sahələri təhlil edilərək Bakı şəhərinin mobillik planı hazırlanıb", - o vurğulayıb.
V. Aslanovun sözlərinə görə, yeni 10 stansiyanın konseptual yerləri artıq bəllidir: "Hazırda metropolitenin infrastrukturunda iki kəsişmə stansiyası mövcuddur. Birincisi, "Memar Əcəmi" stansiyasında "Bənövşəyi" xətt ilə "Yaşıl" xəttin kəsişməsi, digəri isə "28 May" stansiyasında "qırmızı" xətt ilə "yaşıl" xəttin kəsişməsidir. Tikiləcək 10 stansiyada isə 4 əlavə kəsişmə olacaq. Bunlar "Nizami" metrosunda "Bənövşəyi" xətt ilə "Yaşıl" xəttin, "Sahil" metrosunda "Qırmızı" xətt ilə "Bənövşəyi" xəttin, "Xətai" metrosunda "Yaşıl" xətt ilə "Bənövşəyi" xəttin və nəhayət, "Həzi Aslanov" stansiyasında "Yaşıl" xətt ilə "Qırmızı" xəttin kəsişməsi olacaq. Bu kəsişmələr sərnişinlərin daha çevik marşrutlarla hərəkət etməsinə və sıxlığın azalmasına ciddi təsir göstərəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü