20 Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım

20 Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdımNeftçalada 1990-cı il yanvarın 25-də şəhid olan Nurəddin Ağahüseynovun xanımı ilə qızı o məşum günü indi də ürək ağırısı ilə xatırlayır.

Sonxeber.az report-a istinadən xəbər verir ki, 1990-cı il yanvarın 20-də Bakıda qanlı qırğın törədən sovet ordusu dinc əhalinin qətliamını beş gün sonra Neftçala rayonunda davam etdirib.

1990-cı il yanvarın 25-də Neftçala şəhərinə daxil olan sovet hərbçiləri orada da dinc əhalini hədəfə alıblar.

Həmin gün Kür çayı üzərindəki iaşə obyektində aşpaz işləyən 29 yaşlı Nurəddin Ağahüseynov "Zaporojets" markalı avtomobili ilə Həsənabad qəsəbəsindəki evinə qayıdarkən snayper atəşi ilə alın nahiyəsindən vurulub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur.

"Nurəddinin vurulduğunu öyrəndiyimiz gün yollar hər tərəfdən bağlı olduğuna görə xəstəxanaya gedə bilmədik. Ertəsi gün səhər yaxın qohumlarla birlikdə xəstəxanaya getdik. Meyitin üzünü açıb baxmağa ürəyim gəlmədi. Amma onu corabından tanıdım", - deyən şəhidin həyat yoldaşı Şirmayı Ağahüseynova o dəhşətli günün acısını indi də bütün ağırlığı ilə yaşayır.

Həyat yoldaşının şəhid olmasından sonra himayəsində üç azyaşlı uşaq qalan Ş.Ağahüseynova övladlarını böyütmək üçün çox əziyyət çəkdiyini vurğulayıb.

Ailənin sonbeşiyi Xəyalə Ağahüseynova atasının şəhid olmasından sonra gördüyü mənzərəni heç vaxt unuda bilmədiyini deyib:

"Atam şəhid olanda cəmi beş yaşım vardı. Baş verənləri çox da xatırlamıram. Amma bir hadisə yaddaşıma həmişəlik həkk olub. Atamın yas mərasimi nənəmgildə keçirilirdi. Oradan çıxıb öz evimizə gəldik. Dayımla əmim evimizin qarşısından keçən su arxında atamın maşınını yuyurdular. Avtomobil qırmızı rəngdə idi. Onların yanına getdim. Su qıpqırmızı olmuşdu. Soruşdum ki, bu qırmızı nədir? Məni geri çəkib dedilər ki, heç, maşının rəngidir. Amma sonradan dərk etdim ki, suyun rəngini dəyişən atamın qanı imiş".

Qeyd edək ki, Neftçala rayonunda 1990-cı il yanvarın 25-də törədilən qırğında Nurəddin Ağahüseynov və Əbülfəz Cəfərov şəhid olub, doqquz nəfər yaralanıb.
20 Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım20 Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım20 Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım20 Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım20 Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım20 Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım20 Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım20 Yanvar şəhidinin xanımı: Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1072   Tarix: 20 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr