Dünyada milyarderlərin sərvəti bir il ərzində sürətlə artıb
Dünyada milyarderlərin sərvəti 2024-cü ildə 2 trilyon dollar artıb ki, bu da 2023-cü ildəkindən üç dəfə çoxdur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "The Guardian" qəzeti "Oxfam" xeyriyyə təşkilatının hesabatına istinadən yazıb.
"Keçən il qlobal miqyasda milyarderlərin sayı 204 nəfər artaraq 2769 nəfərə çatıb. Onların ümumi sərvəti cəmi 12 ay ərzində 13 trilyon dollardan 15 trilyon dollara yüksəlib ki, bu da uçotun başlanmasından bəri ikinci ən böyük illik artımdır", - deyə məlumatda bildirilib.
"Oxfam"ın hesabatına əsasən, dünyanın 10 ən varlı adamının sərvəti gündə orta hesabla 100 milyon dollar artıb və hətta onlar bir gecədə sərvətlərinin 99%-ni itirsəydilər belə, yenə də milyarder olaraq qalacaqdılar.
Xeyriyyə təşkilatının qeyd etdiyinə görə, yoxsulluq həddinin altında yaşayan insanların sayı 1990-cı ildən bəri, demək olar ki, dəyişməz qalıb və 3,6 milyarda yaxınlaşır ki, bu da dünya əhalisinin 44%-nə bərabərdir. Həmçinin vurğulanıb ki, hər on qadından biri ifrat yoxsulluq şəraitində yaşayır.
Hesabatda iddia edilir ki, sərvətin böyük hissəsi kiminsə əlindən alınandır, öz əməyi ilə qazanılan deyil. Çünki sərvətin 60%-i ya miras, ya "qohumbazlıq və korrupsiya", ya da inhisar hakimiyyəti yolu ilə əldə olunur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1235 Tarix: 21 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur futbolçu məşqlərə səccadə ilə qatıldı
Məşhur futbolçu Kenan Yıldızın məşqlərə və oyunlara səccadə ilə qatılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, gənc futbolçunun səccadə ilə klubun bazasına daxil olduğu anlar qısa müddətdə yayılaraq azarkeşlərin diqqətini çəkib. Onun bu davranış
6 may14 qədəh tekila içib yıxılan tibb bacısı 300 min dollar təzminat qazandı
Kaliforniyadan olan 45 yaşlı tibb bacısı Diana Sanders, "Carnival Corporation" kruiz şirkətinə qarşı qaldırdığı məhkəmə iddiasında 300.00 dollar təzminat qazanıb. Hadisə kruiz səyahəti zamanı baş verib: qadın 14 qədəh tekila içdikdən sonra yıxılaraq kəllə-beyin travması alıb. xarici mediay
5 mayNeymar Robinyonun oğlunu döydü
"Santos"un hücumçusu Neymar məşq zamanı Braziliya millisinin keçmiş oyunçusu Robinyonun oğlu Robinyo Junior ilə münaqişəyə girib. -ın xarici mediaya istinadən məlumatına görə, hadisə klubun məşq meydançasında məşq zamanı baş verib. 34 yaşlı futbolçu oyun zamanı 18 yaşlı komanda yoldaşının on
4 mayGənc qızın küçənin ortasında etdiyi rəqs tənqidlərə səbəb oldu - VİDEO
Son dövrlərdə xüsusilə xarici ölkələrdə populyarlaşan küçədə rəqs videoları Türkiyədə də gündəm mövzusuna çevrilib. xarici mediaya istinadən xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə gənc bir qadının İstanbul küçələrindən birində musiqi sədaları altında rəqs etdiyi və ətrafdakı insanları
7 mayEv şəraitində cavanlaşmağın sadə üsulu tapılıb
Qadınlar ev şəraitində tətbiq edilə bilən sadə cavanlaşma üsulu tapıblar. xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə viral olan bu üsula "The New York Post" diqqət çəkib. Belə ki, bloqerlər "liftinq effekti" yaradan pulsuz üsulu nümayiş etdirirlər. Vizajist Fro Moni
4 may