"Oğluma 6 ay vaxt vermişdilər, o müddəti daha bir il uzatdım" - Afaq Gəncəli - VİDEO

"Oğluma 6 ay vaxt vermişdilər, o müddəti daha bir il uzatdım" - Afaq Gəncəli - VİDEO"Karyeramın ən çətin dövrü atamın və bir il keçmədən oğlumun dünyasını dəyişdiyi vaxtlar olub. Hətta o vaxt düşündüm ki, mən bir daha efirə çıxa bilmərəm. İki qolumuz var ki, hər şeyi onlarla tuta, idarə edə bilərik. Mən bax o qolları itirdim. Düşünürdüm ki, artıq bacarmayacağam. Amma bacardım".

Bu sözləri aparıcı Afaq Gəncəli "Həftənin qonağı" verilişində deyib.

O, dünyasını dəyişən oğlu Qədirxandan danışıb:

"Evdəkilər mənə təzyiq göstərdilər ki, heç nə etməsən də, işə get, orada əyləş. Bilirdilər ki, boş otura bilməyəcəyəm, işlə bağlı müdaxilələr edəcəyəm, işləyəcəyəm. Tanımadığımız insanlar məni qınadılar. Bəlkə bəziləri indi də qınayır. Başıma gələn bu hadisə, onu necə adlandırım, bilmirəm. Mənə dərs oldu: İnsanları tanımağımda, həyata düzgün baxışımda, heç kimi bilmədən qınamamağımda. Kiminsə haqqında danışılanda, deyirəm, görmüsən, tanıyırsan? Deyirəm, eləmə. Çünki öz başıma gəlib. Bəlkə də bu hadisələr olmasaydı, mən də onlardan biri olacaqdım. Yəqin insanlar məndən inzivaya çəkilməyimi istəyirdilər. Bəzi adamlar deyir ki, mən sənin yerində olsaydım... Niyə yaşayırsan ki? Anlada bimirəm ki, mənim 2 qardaşım, anam var. Ailədə üzərimə düşən məsuliyyət var. Ailəmi atıb, onlardan imtina edib, necə başıma belə dəhşətli faciə gəlib deyə, siz nə edirsiniz edin, onları yoxmu sayım? Məni yaşadan mənim anam oldu. Deyirəm ki, təki sən yaşa ki, mən yaşayım. Dünyanın o biri tayından da olsa, istədiyini yerinə yetirim, təki yaşa. O mənim xilaskarım oldu, onun nəfəsi gəlsin deyə, yaşadım. Bilmirəm, bəlkə də indi bu mənim bəhanəmdir. Hələ də nəyin doğru, nəyin yanlış olduğunu anlaya bilmirəm".

Aparıcı oğlunun xəstəliyi dövründə qarşılaşdığı çətinliklərdən söz açıb. O, oğlunu daha bir il yaşada bildiyini vurğulayıb:

"O vaxt İzmirdə yaşadılar. Xəstəlik elə mərhələyə çatdı ki, artıq bizim orada işimiz yox idi. Daha sonra Ankaraya keçdilər. Uşağın ata nənəsi orada yaşayırdı. Oraya apardı. İl yarım orada qaldılar. O müddətdə yollarda qaldım. Bunların tək şahidi Tolik (red. - aparıcı-prodüser Tarix Əliyev) idi. O mənə yaxınlaşdı ki, necə çatdıracaqsan? Bəllidir ki, o xəstəliyə elə dərmanlar lazımdır ki, külli miqdarda pul tələb olunur. Dedi, bunu təkbaşına necə edəcəksən? Gəl, yığışaq sənə yardım edək. Dedim ki, nə, övladıma yardım? Həyatı boyu yox. Ona dedim ki, mənə ancaq onda yardımcı ola bilərsən ki, Elton (red. Əməkdar artist Elton Hüseynəliyev) toya gedəndə yanında aparıcı kimi gedim. Bu məbləğ olmasa da, bu biri olsun, amma hər dəfə gedim ki, məbləği yığım. Toydan çıxırdım, maşında tez paltarımı dəyişirdim ki, səhər 6-da uçmalıyam. Burdan yığırdım, oraya aparırdım. Çox şükür, heç kimə möhtac olmadım. Allah o vaxt ruzini elə verdi ki... Uşağın ruzisi idi.

Həkimlər oğluma 6 ay vaxt vermişdilər. Mən o müddəti daha 1 il uzatdım. 1 il 6 ay etdim. O da cırmaq-cırmaq. Göz önündə bir insan yaşamını itirir. Ayağının çalışmaması, gözün görməməsi, qulaq eşitmir. Xırda-xırda belə gedirdi. Onu saxlaya bildim ki, hissə-hissə getsin. O birdən-birə də sönə bilərdi. Bəlkə də buna hazırlaşırdım. Belə... Mələyimdir mənim. İnşallah qovuşacağıq. Bu arzu, ümidlə yaşayıram. Bilirəm ki, elə də olacaq. Bu həyatda bir müddət yaşayırıq. Əsas oradır".

Afaq yenidən ailə qurmaq haqqında düşünüb-düşünməməsi ilə bağlı sualı belə cavablayıb:

"Yenidən ailə qurmağa istəyim yoxdur. Yetəri qədər övladıma sevgim olub deyə, elə bilirmə ondan artıq ola bilməz. Deyim ki, qəti istəmirəm, onu da deyə bilmirəm. Elə bilirəm ki, hələ də o sevgini verirəm. Uşaqlıqdırsa, uşağım var. Nə olsun ki, yerimiz ayrıdır. Yenidən ailə qurmağa can atmıram. Əgər qismətdirsə, olacaq, yoxsa olmayacaq.

Afaq keçmiş həyat yoldaşı, övladının atası haqda isə bu fikirləri səsləndirib:

"Mən sevməyib ailə qurmuşdum. Türk vətəndaşı idi. Çox gözəl insan idi. Allah rəhmət eləsin. Övladımızı itirəndən 3 il sonra dünyasını dəyişib. Ailəsi ilə ara-sıra danışıram. İkinci dəfə evlənmişdi. İki qızı var".

Qeyd edək ki, A.Gəncəlinin oğlu Qədirxan xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, 2015-ci ildə dünyasını dəyişib. (Axşam.az)


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2933   Tarix: 26 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021