ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır
ABŞ ərazisinə qanunsuz daxil olan miqrantlar hərbi təyyarələrlə ölkədən hər gün deportasiya ediləcək.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp tərəfindən sərhəd təhlükəsizliyi və qanunsuz miqrantların deportasiyası üzrə məsul şəxs təyin edilmiş Tomas Homan ABC telekanalına müsahibəsində bildirib.
Homan qeyd edib ki, bu uçuşlar miqrantların deportasiyası üzrə daha geniş planın yalnız bir hissəsidir. O həmçinin qanunsuz miqrantlara problemin həlli üçün başqa bir variant – könüllü getməyi təklif edib.
"Əgər siz ölkədə qanunsuz olarsınızsa, biz sizinlə məşğul olacağıq, çünki bu ölkənin qanunlarını pozmaq olmaz. Siz başa düşməlisiniz ki, bu ölkənin sərhədini qanunsuz keçməklə qanunu pozursunuz. Beləliklə, ölkədə qanunsuz olarsınızsa, sizin problemləriniz var. Ümid edirəm ki, belə insanların hamısı gedəcək", – rəsmi şəxs vurğulayıb.
Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ – Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman imzalayıb. Amerika lideri deyib ki, bu, ölkəyə qanunsuz miqrantların "fəlakətli müdaxiləsinin" qarşısını almaq üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək. Daha əvvəl respublikaçı dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsi və qanunsuz miqrantların məcburi deportasiyası lehinə çıxış edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 786 Tarix: 26 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək
Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır
5 iyulKosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı
Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is
8 iyulŞahzadə Uilyamdan etiraf: "Kral III Çarlz futbola nifrət edir"
İngiltərə taxt-tacının varisi, Uels şahzadəsi Uilyam etiraf edib ki, İngiltərə futbolun vətəni hesab olunsa da, atası Kral II Çarlz bu idman növünü sevmir. xəbər verir ki, bu barədə o, ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin podkastında danışıb. Veriliş idmançının müğənni Teylor Sviftl
5 iyulƏn xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider
"Time Out" nəşrinin 2026-cı il üzrə illik araşdırmasının nəticələrinə əsasən, Böyük Britaniyanın Bat şəhəri dünyanın ən xoşbəxt şəhəri seçilib. Qaynarinfo xəbər verir ki, reytinq dünyanın müxtəlif şəhərlərində yaşayan 24 mindən çox sakinin iştirakı ilə keçirilən sorğu əsasında hazırlanıb. Respondentlə
9 iyulŞahzadə Harri İngiltərədə - Saraya buraxılmadı
ABŞ-da həyat yoldaşı və övladları ilə birlikdə yaşayan Şahzadə Harri "Invictus Oyunları"nda iştirak etmək üçün bir həftəlik səfərlə Böyük Britaniyaya gəlib. Səfərinin ilk günündə onun yerləşməsi ilə bağlı problem yaşanıb. Qaynarinfo xəbər verir ki, Sasseks hersoqunun sözçüsü bildirib ki, Harriy
9 iyulİldə 32 milyon turist: Sinqapurun iddialı layihəsinin detalları açıqlandı
Sinqapur hakimiyyəti əyləncə adası Sentosa və ona bitişik Pulau Brani adasının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı yenidənqurma layihəsini təqdim edib. RBK-ya istinadən xəbər verir ki, plana əsasən, hər iki ada "Böyük Sentosa" adlı nəhəng turizm zonasına çevriləcək. Layihəyə əsasən
5 iyulTramp Türkiyəyə yola düşdü - Video
ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu
7 iyul