Ölüm poliqonuna çevrilən "Mərcan" klinikası Oqtay Əsədovundur?

Ölüm poliqonuna çevrilən "Mərcan" klinikası Oqtay Əsədovundur?Bu məsələdə klinika da məsuliyyət daşıyırmı?

Məlumdur ki, əməliyyatı tək cərrah tərəfindən həyata keçirilmir. Əməliyyata qədər pasiyentdən xüsusi tibbi analizləridən keçirilməli və yoxlanılmalı, anestezioloq tərəfindən əməliyyata hazırlıq işləri görülür. Həmçinin baş həkimin rəyi ilə əməliyyat həyata keçirilir. Əməliyyat prosesində əsas iş icracısı isə cərrahdır.

XALQ.AZ məlumat verir ki, "Mərcan Medicare" klinikasında isə ilk dəfə deyil ki, ölüm hadisəsi ilə gündəmə gəlirdi.

2024-ci ilin dekabrında bloqer Nərmin Bəylər qızı İsgəndərovanın ölüm xəbəri yayıldı. Nərmin İskəndərovada Mərcan klinikasında plastik əməliyyatdan sonra vəfat edib. Əməliyyatı Nurlan Həsənli həyata keçirdiyi bildirildi. " Mərcan klinikasında həkimə 5 min manat pul ödənilib. Əməliyyatdan sonra halı pisləşdi, həkimlə əlaqə saxlayıb. O isə boyun olmayıb və başqa klinikaya yollayıb. Orada isə günü 180 manat istəyiblər. Pulu olmadığı üçün evdə müalicə edib. Dərman almağa gedəndə yolda rəhmətə gedib qalıb"deyə Nərmin İskəndərovanın anası açıqlamasında bilidirb.

media-nurla

Lakin "Mərcan Medicare" klinikasının baş həkimi Araz Ağayev bildirib ki, əməliyyatı cərrah Oruc Məmmədov icra edib, Nurlan Həsənli onun köməkçisidir . Üstəlik, Nurlan Həsənlinin Rusiyada tibb təhsili aldığını, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərib.

media-araz

Araşdırmalarımız nəticəsində həmçini məlum olmuşdur ki, "Baş vermiş ölüm faktı ilə bağlı araşdırmanı hüquq-mühafizə orqanları aparırlar. O ki, qaldı Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin özəl klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsinə, bu məsələ ilə əlaqədar "Mərcan Medicare" klinikasında plandankənar yoxlama aparılıb. Nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Hüquqşunas məsələ ilə bağlı bildirib ki, son günlərdə bu mövzu gündəmdədir. Ümumiyyətlə, həkim səhvləri ilə bağlı vətəndaşların ağır nəticələr keçirməsi, hətta ölümə səbəb olması hadisələri baş verib. Bu tip işlərdə son nəticənin verilməsi üçün vacib olan məsələ keçirilmiş ekspertizanın rəyidir. Yəni, istintaq dövründə ekspertiza keçirilir və rəy verilir. Hadisədə həkimin səhvi, səhlənkarlığı yer alırsa, bu zaman əlbəttə ki, onu cinayət məsuliyyətinə cəlb olunması mümkündür.Hüquqşünasın sözlərinə görə, klinika bu tip işlərdə yalnız mülki məsuliyyət daşıyır. Yəni, dəymiş maddi-mənəvi ziyanla bağlı klinikaya iddia qaldırılması mümkündür."Ölüm hadisəsi baş veribsə, ekspertizanın keçirilməsində məqsəd ölümün nəticəsini, səbəbini müəyyən etmək məqsədilə aparılır. Əgər cinayət işi ilə bağlı hissədə həmin həkim təqsirkar hesab edilərsə, ona cəza verilərsə, belə olan təqdirdə zərərçəkmiş şəxsin hüquqi varisi klinikaya qarşı da maddi və mənəvi ziyanın ödənilməsilə bağlı iddia qaldıra bilər".

Bu faciələrin baş verdiyi klinikanın baş həkimi Anestezioloq- Reanimatoloq Araz Ağayevdir.

Klinika isə keçmiş spiker Oqtay Əsədovun qızı Nərmin Əsədovaya məxsus olduğu iddia olunur.

Bu barədə nə Araz Ağayevdən nə də ki, Oqtay Əsədovla əlaqə yaratmaq mümkün olmadı.

Məlumdur ki, bu hadisələrdə hüquq-mühafizə orqanları ciddi araşdırma apararaq bu faciələr bir daha təkrarlanmaması üçün lazımi tədbirlər görüləcək.

Yazıda adları keçənlərin mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1708   Tarix: 27 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr