"Aktrisanın bədənində yaranan problemin səbəbkarı mən deyiləm" - Həkim DANIŞDI
Bu gün aktrisa Mila Bekova Lent.az-a müsahibə verib. Aktrisa öz müsahibəsində həkim səhlənkarlığından danışıb. O, kosmetoloji əməliyyat zamanı yaranan infeksiya nəticəsində bədənindən aylardır, çirk gəldiyini, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etsə də, işinə xitam verildiyini bildirib.
Lent.az məsələyə münasibət bildirməsi üçün sözügedən həkimlə əlaqə saxlayıb.
Həkim Ülviyyə İlyasova açıqlamasında qeyd edib ki, Mila Bekovanın bədənində yaranan problemin səbəbkarı o deyil:
"Mənim əlimdə bununla bağlı ekspertin rəyi də var, hansı ki biz onu prokurorluğa təqdim etmişik. Onu da əlavə edim ki, xanımın bədəni ümumiyyətlə, heç bir proseduru qəbul etmir. Çünki məndən öncə rekonstruktiv cərrah tərəfindən xanımın arxa sarğı nahiyəsinə süni implant qoyulub. Bədən implantı qəbul etməyib və irinlər axmağa başlayıb. Türkiyədə xanımın bədənində olan implantı xaric ediblər. Böyük ehtimalla, pasiyentin özünə də artıq bədəninə heç bir toxunuş etdirməməli olduğu barədə məlumat verilib. Mən də onun öncədən yaşadığı bu problemi bilmədən kosmetoloji prosedur etmişəm. Təbii ki, məlumatım olsaydı, etməzdim. Bundan sonra da xanımın bədəni eyni reaksiyanı göstərib".
"Mila xanım mənim tərəfimdən əməliyyat olunduğunu deyib, lakin bu doğru deyil. Çünki mən ona əməliyyat deyil, sadəcə kosmetoloji toxunuş edəcəyimi bildirmişəm. Yəni, heç kim onu məcburən kabinetə daxil etməyib. Xanım özü əvvəlcədən hara gəldiyini bilirdi", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2512 Tarix: 28 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021