Bir əsərlə məşhur oldu, Nobel mükafatı aldı, Vətənindən sürgün olundu

Bir əsərlə məşhur oldu, Nobel mükafatı aldı, Vətənindən sürgün olundu51 il əvvəl rus yazıçısı Aleksandr Soljenitsının "Arxipelaq qulaq" romanı ilk dəfə işıq üzü gördü. 1937-1938-ci illərdə SSRİ lideri İsofi Stalinin həyata keçirdiyi kütləvi terror və repressiya illərinə, islah-əmək düşərgələrində cəza çəkən məhbusların taleyinə işıq salan əsər yazıçıya dünya şöhrəti qazandırdı, həm də SSRİ-dən sürgün edilməsi ilə nəticləndi.

Lent.az "Arxipelaq Qulaq" əsərinin yazılmasına səbəb olan hadisə barədə yazını təqdim edir.

İkinci Dünya Müharibəsinin iştırakçısı olan Aleksandr Soljenitsın müharibə illərində ictimai-siyasi məsələlərlə fəal maraqlanır və dostları ilə yazışmalarda İosif Stalinə eyham vuran "Xaç atası"nı pisləyirdi. 1945-ci ilin fevralında o həbs olundu və islah-əmək düşərgələrindən birində həbs cəzasına məhkum edildi. Soljenitsın 1953-cü ilin fevralına qədər həbsdə qaldı. Bir vaxtlar ideoloji kommunist-leninist, azadlığa çıxandan sonra isə o, ideoloji anti-kommunist oldu. Bu da onun bütün sonrakı yaradıcılığında öz əksini tapdı. Lakin onun azadlığa çıxma vaxtı Stalinə pərəstişin pislənməsi ilə üst-üstə düşdüyü üçün reabilitasiya olunmuş Soljenitsın fəal şəkildə nəşr olunmağa başladı. O hətta yeni Sovet lideri, Stalinə pərəstişi pisləmiş Nikita Xruşşovdan tərif də aldı. "İvan Denisoviçin həyatında bir gün" əsəri xüsusi uğur qazandı. Soljenitsının hekayələri bədii məziyyətləri və vətəndaş cəsarəti ilə o dövrün əsərləri fonunda kəskin şəkildə seçilir və zaman keçdikcə o, sovet repressiyalarını və təqiblərə məruz qalanların faciələrini təhlil edən böyük bir əsər yazmağa başlayır.

"Arxipelaq Qulaq" romanı 1958-ci ildən 1968-ci ilə qədər 257 məhbusun məktubları, xatirələri, canlı söhbətləri və müəllifin şəxsi təcrübəsi əsasında bədii tədqiqat eksperimenti kimi yazılmışdı. Məşhur inancın əksinə olaraq, 1970-ci ildə Soljenitsına Ədəbiyyat üzrə Nobel mükafatı verməsinin o vaxta qədər nəşr olunmamış "Arxipelaq Qulaq" əsəri ilə heç bir əlaqəsi yox idi, ancaq yazıçının yaradıcılığında əsas əsəri məhz bu tədqiqat romanı idi. "Arxipelaq Qulas" yalnız Parisdə (sonra isə digər Avropa ölkələrində) nəşr olundu, nəşrdən əvvəl yazıçı ilə KQB (onun sözlərinə görə) arasında qeyri-rəsmi danışıqlar aparıldı və əsər çap olunduqdan sonra yazıçı ictimai qınaqla və Mərkəzi Siyasi Bürosun iclasının nəticələri ilə üzləşdi. "KQB" sədri Yuri Andropovun Soljenitsının ölkədən çıxarılmasının lehinə təklif verdiyi iclasda digər Siyasi Büro üzvləri əvvəlcə Soljenitsının həbs edilməsi və sürgünə göndərilməsinə səs versələr də, lakin sonda Andropovun qərarını dəstəkləyərək fevralın 12-də Soljenitsının vətənə xəyanətdə ittiham edilərək həbs edilməsi, Sovet vətəndaşlığından məhrum edilməsi və növbəti gün, fevralın 13-də SSRİ-dən sürgün edilərək, təyyarə ilə Almaniyaya göndərilməsinə qərar verdi.

Sovet hakimiyyətinin qəzəbləndirən əsas səbəb Soljenitsının "Arxipelaq Qulaq" romanında düşərgə administrasiyasının qeyri-insaniliyini, gülünc əsaslarla məhkum edilmiş insanların ölümünü və sui-istifadə hallarının, işgənclərin təfərrüatlı və parlaq şəkildə təsvir etməsi, məhkum olunanlara, o cümlədən Qırmızı ordunun keçmiş hərbçilərinə tam rəğbətini bildirməsi idi. Yazıçı xaricdə olarkən dəfələrlə Sovet İttifaqındakı rejimin qeyri-insanliyini dilə gətirdi, lakin bir qədər gözlənilməz alternativ təklif etdi: avtoritar milli Rusiya dövlətinin qurulmasını. O bu fikrə görə çox tənqid olundu, bəziləri onu rus millətçiliyində, digərləri isə romanda qeyri-real, şişirdilmiş səhnələr təsvir etməkdə, əsərin dilinin primitiv olmasında, hətta Qərbin qarayaxma kampaniyasında iştirak etməkdə ittiham etdi. SSRİ-də isə Aleksandr Soljenitsının bütün nəşr olunan əsərləri məhv edildi.

"Yenidənqurma" dövründən sonra Soljenitsının kitabları SSRİ-də nəşr olunmağa başladı və o, özü nəinki Rusiyanın gələcəyinin əsas ideoloji memarlarından biri kimi meydana çıxdı, həm də müxtəlif siyasi mövzularda çıxış edərək bu nüfuzunu gücləndirdi. Vaxt keçdikcə o, Rusiyaya köçdü, "Qulaq arxipelaqı" romanı məktəb dərsliklərinin bir hissəsi oldu. Hətta, Rusiya lideri Vladimir Putin yazıçı haqqında özünün ideoloji mentoru kimi danışdı. Lakin Soljenitsının ideyaları və yaradıcılığı ilə bağlı qiymətləndirmələr hələ də son dərəcə qütbləşmiş durumdadır və yekdil fikir mövcud deyil.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1167   Tarix: 29 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)

Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5

25 sentyabr
.

Qadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi

Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin

25 sentyabr
.

ABŞ hərbçiləri Litvaya yola düşüb

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu

22 sentyabr
.

Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib

Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"

22 sentyabr
.

Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir

Qazaxıstan və Böyük Britaniya ticarət, kritik əhəmiyyətli mineralların emalı, sənaye, energetika və logistika sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. "Report"un yerli bürosunun Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələləri qurumu

22 sentyabr
.

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni

23 sentyabr
.

Ukrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir

Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi

25 sentyabr
.

Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq

İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy

22 sentyabr
.

Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?

Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen

23 sentyabr