Ata TikTok-dakı paylaşıma görə 15 yaşlı qızını öldürdü

Ata TikTok-dakı paylaşıma görə 15 yaşlı qızını öldürdüPakistanda kişi 15 yaşlı qızının TikTok məzmununu bəyənmədiyi üçün onu güllələyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə ölkənin cənub-qərbindəki Kvetta şəhərinin küçələrindən birində baş verib. Polis sözçüsü Babar Baloç deyib ki, şübhəli Ənvər ül-Haq əvvəlcə naməlum şəxslərin onun 15 yaşlı Amerika əsilli qızını güllələdiyini bildirib.

Digər polis müstəntiqi Zohaib Mohsin isə, "Araşdırmamız göstərdi ki, ailənin onun geyiminə, həyat tərzinə və ictimai hadisələrə etirazı var. Bizdə onun telefon nömrəsi var. O, bloklanıb. Biz namus üstündə adam öldürmə də daxil olmaqla, bütün aspektləri araşdırırıq" deyib.

Babar Baloç bildirib ki, ailə təxminən 25 il ABŞ-da yaşadıqdan sonra mühafizəkar sosial normalara malik ölkə olan, əsasən müsəlmanların yaşadığı Pakistanın Bəlucistan əyalətinə bu yaxınlarda qayıdıb.

Məmurun sözlərinə görə, şübhəlinin ABŞ vətəndaşlığı var. Onun sözlərinə görə, Haq ona qızının ABŞ-da yaşayarkən TikTok sosial media platformasında "qeyri-adi" məzmun yaratmağa başladığını söyləyib.

Kişi polisə bildirib ki, qızı Pakistana qayıtdıqdan sonra platformada videolar yayımlamağa davam edib. Baloç bildirib ki, qətllə bağlı əsas şübhəlinin qaynı da həbs edilib.

Polis, Haqı qətldə ittiham etdiklərini açıqlayıb. Səlahiyyətlilər şübhəlinin öz ifadəsi istisna olmaqla, Haqın Amerika vətəndaşlığına dair sübut təqdim etməyiblər və ABŞ səfirliyinin insidentlə bağlı məlumatlandırılıb- məlumatlandırılmadığını söyləməkdən imtina ediblər.

241 milyon insanın yaşadığı Pakistanda TikTok-dan 54 milyondan çox insan istifadə edir. "Reuters" qeyd edir ki, hökumət məzmunun moderasiyasına görə son illərdə video paylaşma proqramını bir neçə dəfə bloklayıb.

Müstəqil Pakistan İnsan Haqları Komissiyasının məlumatına görə, Pakistanda hər il 1000-dən çox qadın yerli sakinlər və ya ailə üzvləri tərəfindən "namusa" zərər dəydiyi üçün öldürülür.

"Reuters" açıqlayır ki, bu, gizlicə qaçmaq, sosial mediada məzmun yerləşdirmək, kişilərlə dostluq etmək və ya qadınlarla bağlı mühafizəkar dəyərlərin hər hansı digər pozulması ilə bağlıdır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1298   Tarix: 30 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021