19 yaşlı Samirənin acı taleyi: Əxlaq polisi məcburi evləndirdi, ailəsi döyərək cəzalandırdı

19 yaşlı Samirənin acı taleyi: Əxlaq polisi məcburi evləndirdi, ailəsi döyərək cəzalandırdı19 yaşlı Samirə ötən ilin iyul ayında Kabildə işlədiyi xalça emalatxanasına maaşını almaq üçün gedəndə bunun həyatının ən ağır günü olacağını təsəvvür belə etmirdi. Çünki bir neçə saat sonra Talibanın polis idarəsində zorla evləndiriləcək və gələcəyi silahlı bir qrup tərəfindən müəyyən ediləcəkdi...

Həmin səhər Samirə işdə olmayıb, yalnız maaşını almaq üçün gedib. müdiri işçilərlə birlikdə nahar etdiyi üçün o, mağazanın qapısında gözləmək məcburiyyətində qalıb. Lakin həmin anda Talibanın "əxlaq polisi" də həmin ərazidə patrul xidməti aparırmış.

Qaynarinfo xəbər verir ki, Samirənin həyatında baş verən dəhşətli hadisələrlə bağlı "The Guardian" yazıb.

"Emalatxana evdən bir saatlıq piyada məsafədə idi, ona görə də gözləmək məcburiyyətində qaldım. Mağaza əsas yolun yaxınlığında yerləşirdi. Təəssüf ki, Taliban yanımdan keçəndə qapının önündə otururdum və onlar məni gördülər", deyə gənc əfaqan qadın danışır.

Taliban qanunlarına görə, qadınlar evdən kənarda danışa, üzlərini göstərə və ya kişi qohumları olmadan səyahət edə bilməzlər. "Şəriət" adlandırılan bu qaydalara nəzarət etmək üçün əxlaq polisi küçələrdə patrul xidməti aparır. İnsan hüquqları fəallarının bildirdiyinə görə, Taliban rəsmiləri yerindəcə insanların taleyi ilə bağlı qərarlar qəbul edə və hətta onları evlənməyə məcbur edə bilərlər.

Maaş almaq üçün getdi, zorla evləndirildi

Taliban 12 yaşdan yuxarı qızların məktəbə getməsinə icazə vermədiyindən, xalça toxuma işi təhsildən məhrum qalan qadınların çalışa bildiyi azsaylı sahələrdən biridir. Samirə ilə birlikdə 20-dən çox qadın və qız, yoxsul bir məhəllədə yerləşən tikilməmiş binanın zirzəmisində xalça toxuyur və aylıq təxminən 7 min Afgani (təxminən 160 AZN) qazanırmış.

Taliban polis əməkdaşları Samirəni gördükdə dərhal ona yaxınlaşıb sorğu-sual ediblər:

"Bu kişi sənin nəyindir? Niyə təkbaşına buradasan? Burada nə edirsən? Qohumun olmayan bir kişi ilə necə birlikdə ola bilərsən?"

Əxlaq polisi Samirə və 42 yaşlı müdirini "əxlaqsız davranışda" ittiham edərək həbs edib və onların ailələri ilə əlaqə saxlayıb.

"Məni nə qədər sorğu-suala çəksələr də, dayanmadan təhqir etdikləri üçün heç bir cavab verə bilmədim. Bizi zorla maşınlarına mindirib polis idarəsinə apardılar", deyə Samirə xatırlayır.

Samirə qorxudan atasının telefon nömrəsini verməyib. Bu səbəbdən onun bacısı Yasmin və bacısının əri polis idarəsinə gəlib. Onlar Samirənin həbs olunacağından ehtiyat edərək, onun müdiri ilə nişanlı olduğunu deyiblər. Eyni səbəbdən müdiri Məhəmmədin ailəsi də bu yalanı təsdiqləyib.

Taliban isə heç bir araşdırma aparmadan, artıq ailəli və iki uşaq atası olan Məhəmməd ilə Samirəni elə həmin gün polis idarəsində evləndirib.

Ailəsinin qəzəbi: Amansız cəza

Taliban rəsmiləri nikahdan sonra Samirəni Məhəmmədin evinə göndərsələr də, onun əzabları bununla bitməyib. Hadisəni eşidən atası, əmiləri və böyük qardaşları qəzəblənərək Məhəmmədin evinə hücum ediblər. Onlar Samirəni çubuq və kürəklərlə amansızcasına döyüblər. Altı ay keçməsinə baxmayaraq, alnındakı yaraların izləri hələ də qalmaqdadır.

Samirənin bacısı Yasmin onu öz evinə aparmaq istəsə də, ataları buna icazə verməyib. O, ailə şərəfinin ləkələndiyini düşünərək qızını qəbul etməyib.

"Dəfələrlə üzr istədim, Samirənin heç bir günahı olmadığını və bunun yanlış anlaşılma olduğunu izah etməyə çalışdım. Taliban artıq getdiyinə görə, onun evə qayıtmasına icazə verməsini istədim. Amma heç kim, hətta anam da məni dinləmədi. Yalnız bir "nişanlıdırlar" sözümüz bacımın həyatını məhv etdi", deyə Yasmin bildirib.

Samirənin arzuları və məhv olmuş gələcəyi

Samirə uşaqlıqda mühəndis olmaq arzusunda olub, lakin məktəbdən çıxarıldıqdan sonra qardaşları ona "Bir qızın mühəndisliklə nə işi var? Atan sənə ər tapacaq və məsələ bitəcək" deyiblər.

Hazırda Samirə Məhəmməd və onun ilk arvadı ilə birgə yaşamağa məcburdur. O, depressiya ilə mübarizə apardığını və sığınacaq tapa biləcəyi yeganə yerin bacısının evi olduğunu bildirir. Ailəsi, xüsusilə də atası və qardaşları onunla danışmır.

"Ailəmdəki kişilər Talibanın özü kimidir. Hadisənin əslini bilmədən, məni günahlandırmağa və zorla evləndirməyə haqqı olduqlarını düşündülər", deyə Samirə bildirib.

Taliban iddiaları rədd edir

İnsan hüquqları təşkilatı Ravadarinin direktoru Şahərzad Əkbər bildirib ki, Samirənin başına gələnlər nadir hadisə deyil, lakin çox qadın danışmaqdan qorxur.

Taliban isə məsələni inkar edir. "The Guardian" qəzetinə açıqlama verən bir Taliban rəsmisi bu iddiaları "yalan" adlandıraraq, belə halların baş vermədiyini iddia edib:

"Heç bir qurum və ya şəxs bacılarımızdan heç birini zorla evləndirə bilməz. Bu iddia bizə rəsmi şəkildə təqdim edilməyib, əgər edilsəydi, araşdırılardı. Bu cür xəbərlər həqiqəti əks etdirmir".

Bununla belə, BMT-nin Əfqanıstanda insan hüquqları üzrə xüsusi məruzəçisi Riçard Bennett qeyd edib ki, Talibanın 2021-ci ilin dekabrında zorakı evlilikləri qadağan etməsinə baxmayaraq, Əfqanıstanda erkən və məcburi evliliklər getdikcə artır:

"Talibanın üzvləri də daxil olmaqla, bir çox əfqan mənə zorla evliliklərin geniş yayıldığını və xüsusilə kənd yerlərində bunun cəzasız qaldığını bildirir. Qızların təhsil hüququnun məhdudlaşdırılması, onların erkən evlilik və istismara daha çox məruz qalmasına yol açır. Bu cür evliliklər qadınlar üçün evlilik içi təcavüz, istismar və məcburi hamiləlik kimi daha çox əzablara səbəb olur".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1395   Tarix: 30 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini

25 sentyabr
.

İlk Homo sapiensin üzü necə görünürdü?

Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf

22 sentyabr
.

Apennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf

İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen

22 sentyabr
.

2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)

Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5

25 sentyabr
.

ABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq

İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir

25 sentyabr
.

Rusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib

Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı

22 sentyabr
.

İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"

İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni

21 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr
.

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb

Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v

22 sentyabr