"Rəsmi İrəvan çox dəqiq anlayır ki, Ermənistan bəşəri cinayətlər törədib və buna görə də mütləq cavab vermək lazım gələcək" - POLİTOLOQ
"Azərbaycan Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi bəşəri cinayətləri beynəlxalq ictimayyətin diqqətinə çatdırmaqda davam edir. Buna misal olaraq rəsmi Bakının Ermənistana qarşı beynəlxalq cinayət məhkəmələrinə müraciyətlərini göstərmək olar. Ermənistana qarşı bir çox məsələlərdə cinayət işləri üzrə iddialar irəli sürülüb. Eyni zamanda II Qarabağ müharibəsinin sona çatmasından sonra Ermənistanın törətdiyi bəşəri cinayətlər daha açıq şəkildə ortaya çıxmağa başlayıb".
Bu sözləri Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycan dövləti addım-addım Ermənistanın hərbi cinayətlərinin beynəlxalq ictimayyətin diqqətinə çatdırılması üçün kifayyət qədər addımlar atır:
"Azərbaycan vətəndaşlarının kütləvi şəkildə qətlə yetirilməsi və öldürülməsi ilə bağlı faktlar mövcuddur. Bu faktalar beynəlxalq ictimayyətin diqqətinə çatdırılır. Eyni zamanda, Ermənistanın işğalçılıq siyasəti bu konteksdə artıq beynəlxalq ictimayyət tərəfindən qəbul olunmuş fakta çevrilib. Halbuki, son vaxtlara qədər Azərbaycanın işğal olunmuş əraziləri Ermənistanın nəzarətində qalmasına beynəlxalq məkanda normal yanaşırdılar. Amma, bütün dünya artıq Ermənistanın işğalçı olduğunu qəbul eləmiş durumdadır. Çünki, Azərbaycan beynəlxalq hüquq çərçivələrində fəaliyyət göstərən bir dövlətdir. Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, Azərbaycan dövləti addım-addım Ermənistanın hərbi cinayətlərinin beynəlxalq ictimayyətin diqqətinə çatdırılması üçün kifayyət qədər addımlar atır, işlər görülür. Təbii ki, bundan sonrakı mərhələdə də bir çox məsələlər və Ermənistanın cinayətləri beynəlxalq ictimayyətin diqqətinə çatdırılacaq. Paşinyan hakimiyyətinin Azərbaycanla qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdə iddialar qaldırmaması ilə bağlı təklif irəli sürməsi qətiyyən boşun deyil. Rəsmi İrəvan çox dəqiq anlayır ki, Ermənistan bəşəri cinayətlər törədib və buna görə də mütləq cavab vermək lazım gələcək. Eyni zamanda Ermənistanın daha çox qorxduğu məsələ Ermənistandan Azərbaycana 30 il ərzində vurulmuş ziyana görə təzminat tələb etməsidir. Hazırda, bu təzminatın məbləğinin hesablanması prosesi gedir və böyük ehtimalla bununla bağlı yaxın gələcəkdə müraciyyətlər olunacaq. Bununla da bütün dünya Ermənistanın Azərbaycana necə bir ziyan vurduğunu daha aydın şəkildə təsəvvür etməyə başlayacaq".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mövzusuna uyğun olaraq dərc edilir"

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?