İlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

İlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına "Vətən" İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına liseydə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, "Vətən" İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.

Liseyin əsaslı təmir olunmuş tədris korpusunda 22 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Bu korpusda kimya, fizika, biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir. Liseydə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Təhsil ocağının idman korpusunda isə universal zal (basketbol, voleybol, gimnastika, qılıncoynatma və s.) və güləş zalı əsaslı təmir olunub. Bundan əlavə, trenajor, cüdo zalı, fizioterapiya otağı, reabilitasiya idman zalı, buxar və yardımçı otaqlar yenidən qurulub.

Layihə çərçivəsində 100 nəfərlik yataqxana korpusu da əsaslı təmir olunub. Buradakı yeməkxana 220 nəfər üçün nəzərdə tutulub. Korpusdakı mətbəx, camaşırxana və digər yardımçı otaqlar da ən müasir avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, yenilənən təhsil müəssisəsində tədris V-XI siniflər üzrə aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur.

Burada bölgələrdən gələn və peşəkar idmanla məşğul olan şagirdlərin yataqxana ilə təmin edilməsi də nəzərdə tutulur. Liseydə həmin idmançıların günlük yemək normalarına uyğun qidalanması da təmin ediləcək.

Təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib.

"Vətən" İdman Liseyində görülən işlər və yaradılan şərait də bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Paytaxtda və bölgələrdə yeni məktəblərin inşası, əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

Liseydə yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və idmanın inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil və idman sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.
İlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubİlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1140   Tarix: 04 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr