Əsrin fəlakəti - 53 min insanın öldüyü Kahramanmaraş zəlzələsindən iki il ötür
Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür.
2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni "əsrin fəlakəti" adlandırıb.
Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.
Yeraltı təkanların gücündən Hatayda yer səddində 400 metr uzunluğunda nəhəng çat meydana gəlib, Qaziantepdə iki təpə birləşib, Qaziantepin Nurdağı vilayətində bir kənd iki hissəyə ayrılıb, Kahramanmaraşın Çiğli kəndi 6,5, Değirmenkaya kəndi isə 6 metr sürüşüb.
Ölkədə beynəlxalq yardım da daxil olmaqla, 4-cü səviyyə həyəcan siqnalı verilib. Bunun ardından 90 ölkədən axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə köməyə gəlib. Zəlzələdən sonra Türkiyəyə özünü çatdıran ilk xarici heyət isə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olub. Azərbaycan yardıma 41-i tibb işçisi olmaqla 725 nəfər göndərib.
Komandalar fevralın 6-da Türkiyəyə gedərək həm axtarış-xilasetmə, həm də digər fəaliyyətlərdə iştirak ediblər. Martın ilk həftəsinə kimi vəzifələrini davam etdirən azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri Türkiyəni tərk edən sonuncu komanda olub. Nümayəndələrimiz 53 nəfəri dağıntılar altından xilas edib.
Zəlzələ bölgəsində 2 302 000 binada və 6 227 000 müstəqil evdə dəymiş ziyanın qiymətləndirilməsi aparılıb və indiyədək dağıntıların təmizlənməsi prosesinin 91 faizi tamamlanıb. Yeraltı təkanların baş verdiyi şəhər mərkəzləri və kəndlərdə 307 min binanın tikintisinə başlanılıb. Hazırda bölgədə inşa edilən evlərin açarları mərhələli şəkildə sahiblərinə təqdim edilir. (Report.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 906 Tarix: 06 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabrQadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi
Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin
25 sentyabrBuker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı
Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi
23 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrSentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabrPeskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin
23 sentyabr