Networking Azerbaijan 2025-ci ildə sahibkarlara nə verəcək? Gala Night-da planlar açıqlandı
"Bu il "Networking Azerbaijan" biznes klubu üzvlərinə daha çox bilik, bacarıq və biznes əlaqələr qazandıracaq tədbirlər keçirməyə üstünlük verəcək" – klub üzvlərini ilin ilk netvörkinqində - JW Marriott Absheron’da keçirilən "Networking Gala Night" tədbirində bir araya gətirən biznes klubun həmtəsisçiləri Orxan Hacıyev və Əliağa Kürçaylı açılış nitqində belə bildiriblər. Orxan Hacıyev əlavə edib ki, xüsusən Net-talks və ixtisaslaşmış netvörkinq tədbirləri həm klub üzvlərinin, həm də müxtəlif sahə peşəkarlarının böyük marağına səbəb olub.
Tədbiri açılış sözü ilə tədbirin sponsoru, "GBARU" şirkətinin təsisçisi İlkin Dövlətov davam etdirərək, biznes klubda birləşən sahibkarlara yeni ildə uğurlar arzulayıb.
"Networking Gala Night"-da 400 nəfərə yaxın iş adamı, şirkət və dövlət nümayəndəsi, millət vəkili, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliklərin təmsilçiləri iştirak edib. "Əhatəniz qədər güclüsünüz!" şüarı ilə keçən tədbirdə vurğulanıb ki, klubunun fəaliyyəti işgüzar mühitdə dövlət və özəl şirkətlər, eyni zamanda rəhbər şəxslər arasında əlaqələrin qurulmasına yönəlib.
Daha sonra biznes klubun Gold Member ("Qızıl" üzv) statusunda olan üzvlərinə - Autolux Azerbaijan, Antaris, Accounting.Az, AzPrint MMC, BHB Media, Day.Az, Genity, Hazel Azərbaycan, Propaganda Agency, Shane English School, SR Auto, Sharaf Media, Mario Russo, Turizm.Az, Metaflix kimi şirkətlərə fəxri qonaqlar tərəfindən üzvlük rəmzləri təqdim edilib.
Fəxri qonaqlar – rəsmi nümayəndələr çıxışlarında özəl sektorun ölkə iqtisadiyyatında tutduğu yeri vurğulayaraq, netvörkinq tədbirlərinin dövlət-özəl münasibətlərinin mökəmlənməsinə təsirini önə çəkiblər.
Gala Night Passion Grupunun ifası və fikir mübadiləsi ilə davam edib.
Qeyd edək ki, "Networking Azerbaijan" Biznes Klubu 2017 – ci ildən fəaliyyət göstərir. Bu günə kimi 4000 – ə qədər sahibkar və idarəçilər üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınıb.






Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1015 Tarix: 11 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir
Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad
8 iyulAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyunYaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA
Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya
26 avqustTürkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla
23 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyul