Tramp Baydenin daha bir qərarını "məntiqsiz" elan etdi: Kağız əvəzinə plastik istifadə olunacaq

Tramp Baydenin daha bir qərarını "məntiqsiz" elan etdi: Kağız əvəzinə plastik istifadə olunacaqABŞ Prezidenti Donald Tramp dövlət qurumlarının kağızdan olan su çöplərini almalarının dayandırılmasını, həmçinin bütün ölkədə plastik çöplərə qayıdılması üçün milli strategiyanın hazırlanmasını nəzərdə tutan sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Ağ Evin saytında yerləşdirilib.

Qeyd edək ki, birdəfəlik plastikdən istifadənin azaldılması siyasəti Co Bayden Administrasiyası tərəfindən ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə qəbul edilmişdi. Hökumət tədbirləri bütün büdcə təşkilatlarında plastik çöplərdən imtina edilməsini və müəssisələrin kağız alternativlərə keçməsinin stimullaşdırılmasını nəzərdə tuturdu.

Trampın yeni sərəncamında isə bu siyasət "irrasional" (məntiqsiz) olaraq tənqid edilir, kağız çöplərdən istifadə "qeyri-funksional" kimi qiymətləndirilir. Sənəddə xüsusi olaraq vurğulanır ki, fərdi araşdırmalara görə, kağız çöplərin istehsalı və istifadəsi kimyəvi maddələr, böyük həcmdə tullantılar və digər amillər səbəbindən ətraf mühitə daha çox zərər verə bilər. Milli strategiya isə biznesin kağız çöplərdən uzaqlaşdırılması üzrə tədbirləri işləyib hazırlamalıdır.

"Bu, gülünc vəziyyətdir. Biz plastik çöplərə qayıdırıq", - deyə Tramp sərəncamı imzalayarkən jurnalistlərə bildirib.

"Turtle Island Restoration Network" ekoloji qrupunun məlumatına görə, ABŞ-də hər gün təqribən 390 milyon su çöpündən istifadə olunur. Ölkənin bir sıra ştatları və şəhərləri öz normativ aktları əsasında ərazilərində plastik çöplərdən istifadəni qadağan ediblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1262   Tarix: 11 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr
.

İran "Cənubi Pars" yatağında zədələnmiş infrastrukturun 50%-nin bərpa olunduğunu elan etdi

İran İsrailin Fars körfəzindəki Cənubi Pars qaz yatağına hücumundan altı ay sonra zədələnmiş istehsal gücünün 50%-ni bərpa etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat verib. Neft nazirinin müavini Əhməd Zeratkar təmir olunmuş obyektlərdə istehsalın bərpa olunduğunu və qala

24 sentyabr
.

Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz

24 sentyabr
.

Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq

Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana

23 sentyabr
.

2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)

Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5

25 sentyabr
.

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin

24 sentyabr
.

Ukrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir

Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi

25 sentyabr
.

ABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər

ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma

24 sentyabr
.

Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin

23 sentyabr