Müstəqil xarici siyasət və iqtisadi güc: İnkişafın yeni mərhələsi

Müstəqil xarici siyasət və iqtisadi güc: İnkişafın yeni mərhələsiPrezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ölkəmizin son illər ərzində əldə etdiyi uğurları, beynəlxalq arenada tutduğu mövqeyi və gələcək perspektivləri geniş şərh edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu: "Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq...".
Ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız hərbi-siyasi Qələbə deyil, həm də xalqın milli mənliyi və azadlıq ideallarının təsdiqi idi. Bu prosesdə Azərbaycan həm də beynəlxalq hüququn prinsiplərini müdafiə edərək, dünyaya ədalətli bir həll yolunun mümkün olduğunu göstərdi. Lakin beynəlxalq təşkilatların qətnamələrinə əməl olunmaması Azərbaycanın öz qüvvəsi ilə həll yolu tapmasını zəruri etdi. Bu, dünyada beynəlxalq hüququn tətbiqi və təşkilatların effektivliyi ilə bağlı ciddi suallar doğurur.
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, iqtisadi inkişaf da dövlətimizin uğurlarından biridir. Cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan güclü və özünü təmin edən bir iqtisadiyyat qurub: "Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq...".
Bu faktlar ölkəmizin iqtisadi sabitliyini və müstəqil siyasət yürütdüyünü göstərir. İqtisadi uğurlar sayəsində Azərbaycan regionda genişmiqyaslı layihələr həyata keçirə bilmişdir. Dövlətimizin iqtisadi modeli təkcə neft və qaz sektoruna deyil, həm də kənd təsərrüfatı, turizm, logistika və digər sahələrə əsaslanır. Ölkəmizin regionda nəqliyyat və enerji dəhlizləri yaratmaqla həm öz iqtisadiyyatını diversifikasiya etməsi, həm də beynəlxalq ticarətə töhfə verməsi təqdirəlayiqdir. Məsələn, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Xəzər regionunda enerji və nəqliyyat layihələri Azərbaycanın regionda etibarlı bir tərəfdaş kimi mövqeyini gücləndirir. Bundan əlavə, Azərbaycanın iqtisadi sabitliyi və az xarici borc səviyyəsi dünya iqtisadi böhranları zamanı ölkəmizin davamlılığını göstərir. Bu, Azərbaycanın gələcək inkişafı üçün möhkəm bir əsas yaradır.
Dövlətin xarici siyasəti qarşılıqlı əməkdaşlıq və heç bir ölkənin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır və bu yanaşma beynəlxalq hüquq normalarına uyğun həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik edib. Bu, ölkəmizin beynəlxalq arenada etibarlı bir tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmiş və Azərbaycanın qlobal məsələlərdə fəal iştirakını nümayiş etdirib.
Bundan əlavə, 2023-cü ildə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-na ev sahibliyi etməsi beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşməsinə, həmçinin qlobal problemlərin həllinə töhfə verir. Bu mötəbər tədbir yalnız ekoloji məsələlər üzrə əməkdaşlıq deyil, həm də Azərbaycanın dünya birliyində rolunu gücləndirən bir addımdır.
Dövlət başçısının müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Azərbaycanın Çinlə strateji tərəfdaşlığıdır. 2024-cü ildə bu dövlətlər arasında strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamənin qəbul edilməsi ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu tərəfdaşlıq təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli bir təşəbbüsdür.
Çinlə əməkdaşlıq Azərbaycanın "Bir yol, bir kəmər" kimi qlobal layihələrdə daha fəal iştirak etməsinə şərait yaradır. Bu layihələr ölkəmizin regionda və dünyada nəqliyyat və ticarət marşrutlarında mərkəzi rol oynamasına imkan verir. Bundan əlavə, Çin ilə strateji əlaqələrin genişləndirilməsi Azərbaycanın texnoloji və infrastruktur inkişafında əhəmiyyətli rol oynayır.
Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Bu məqsədə nail olmaq üçün ölkəmiz həm regionda, həm də qlobal miqyasda sabit və balanslı bir siyasət yürüdür. Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı, qlobal məsələlərdə təşəbbüskar mövqeyi və regional layihələri bu istiqamətdə atılmış mühüm addımlardır.
Gələcəkdə Azərbaycanın enerji, nəqliyyat, texnologiya və ekologiya sahələrində daha da irəli getməsi gözlənilir. Ölkəmizin regionda və dünyada tərəfdaşlıq imkanlarını genişləndirməsi, həmçinin qlobal məsələlərdə fəal iştirakı Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirəcək.
Misilsiz tarix nailiyyətlər dövlətimizin sülh və sabitlik, həmçinin milli maraqların müdafiəsi prinsipləri əsasında qurulan siyasətinin nəticəsidir. Bu uğurlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının birlik və həmrəyliyi sayəsində əldə edilmişdir.

Milli Məclisin deputatı Mahir Süleymanlı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1527   Tarix: 13 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr