"Azərbaycan və Çin arasında münasibətlər hər iki ölkənin strateji maraqlarına uyğun olaraq inkişaf etməkdədir" - DEPUTAT
"Siyasi zəkası, praqmatik düşüncə tərzi, diplomatik səriştəsi və yüksək liderlik keyfiyyətləri ilə seçilən cənab Prezident İlham Əliyevin fikirləri hər zaman dünyanın qabaqcıl media orqanlarının diqqət mərkəzindədir. Bu mənada, dövlət rəhbərinin Davos İqtisadi Forumu çərçivəsində Çinin nüfuzlu CGTN (China Qlobal Television Network) telekanalına verdiyi müsahibə xüsusi qeyd olunmalıdır. Cənab Prezident müsahibə zamanı beynəlxalq müstəvidə baş verən siyasi proseslərdən, Qlobal Cənub, Qlobal Şimal arasında iqtisadi münasibətlərdən və Azərbaycanla Çin arasında mövcud strateji tərəfdaşlığın perspektivlərindən geniş şəkildə bəhs etdi".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Çin Azərbaycanın enerji sektoruna və nəqliyyat infrastrukturuna investisiya qoymaqda maraqlıdır:
"Azərbaycan və Çin arasında münasibətlər hər iki ölkənin strateji maraqlarına uyğun olaraq inkişaf etməkdədir. İqtisadi, siyasi və mədəni əməkdaşlıq sahələrində gözlənilən artım gələcəkdə daha da sıx əlaqələrin qurulmasına münbit şərait yaradacaq. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Tsinpin çıxışı zamanı cənab Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırmışdı.
Rəsmi Pekin Azərbaycanın enerji sektoruna və nəqliyyat infrastrukturuna investisiya qoymaqda maraqlıdır. "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq artmaqdadır. Tərəflərin iqtisadi maraqlarının təməlində yer alan Orta Dəhliz Çindən Avropaya uzanan qlobal əhəmiyyətli nəqliyyat lahiyəsidir.
Bununla yanaşı, Azərbaycan Çinin liderliyində yüksələn Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-lə əlaqələri genişləndirir və üzv olmaq istiqamətində səylərini artırır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?