"Fransanın Azərbaycana qarşı olan mənfi münasibətinin kökündə onların ermənispərəst mövqeyi dayanır" - AÇIQLAMA
44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı başladılan qarayaxma kampaniyası COP29 ərəfəsində daha çox artdı. Ölkəmizə qarşı başladılan təxribatların başında Fransa durur. Hazırda regionda növbəti müharibə qığılcımlarını yaratmaq üçün Ermənistanı silahlandırmağa davam edir. Fransanın regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş addımları davam edərsə Azərbaycan-Fransa arasında diplomatik əlaqələrə son qoyula bilərmi?
Deputat Mahir Süleymanlı bu barədə Sonxeber.az -a danışıb:
"Bildiyiniz kimi, böyük qələbədən sonra Fransa və bəzi Avropa ölkələri Azərbaycana qarşı məlum kompaniyaya start verib. Fransanın Azərbaycana qarşı olan mənfi münasibətinin kökündə onların ermənispərəst mövqeyi dayanır. Çünki, Makron höküməti Azərbaycana qarşı 44 günlük müharibədən sonra çox mənfi bir yol gedir. Ümid edirik ki, gələcəkdə bu problemlərin həlli üçün əməli addımlar atılacaq. Çünki, prezidentimizin də dediyi kimi Azərbaycan çox müstəqil və məqsədyönlü siyasət yürüdür. Heç bir ölkə ilə münasibətlərinin korlanmasını istəmir. Hər zaman istər qonşuları ilə, istərsə də digər Avropa ölkələri ilə uğurlu xarici siyasət keçirməkdə qərarlıdır. Sadəcə Fransa kimi ermənipərəst mövqedə dayanan ölkələr müharibədən sonra Ermənistanın tərəfində duraraq Azərbaycana qarşı heç düzgün olmayan bir mövqe sərgiləyirlər. Bunların da kökündə paxıllıq dayanır. Çünki Azərbaycan kiçik və gənc bir ölkə olmasına baxmayaraq çox böyük qələbə qazanıb. Öz gücünə bütün torpaqlarını işğaldan azad edib. Öz suverenliyini tam şəkildə bərpa edib. Təbii ki, bu, bir çox böyük Avropa ölkələrinin xoşuna gəlmir. Biz ümid edirik ki, Fransa gələcəkdə öz mövqeyini dəyişəcək və Azərbaycanla uğurlu əlaqələri genişləndirəcək. İki ölkə arasında diplomatik əlaqələrin davam edib, etməyəcəyinə gəldikdə isə bu gələcəkdə Fransanın aparacağı siyasətdən asılı olan bir məsələdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?