"Azərbaycanın Somali ilə əlaqələrinin inkişafında təhsil sahəsi mühüm yer tutur" - DEPUTAT

"Azərbaycanın Somali ilə əlaqələrinin inkişafında təhsil sahəsi mühüm yer tutur" - DEPUTAT"Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycanda rəsmi səfərdə olmuşdur. Somali Federativ Respublikasının Prezidentinin ölkəmizə səfəri zamanı bir neçə rəsmi tədbirlərdə iştirak etmiş, iki ölkə arasında əməkdaşlıq istiqamətdə sənədlər imzalanmışdır. Azərbaycan ilə Somali Respublikası arasındakı münasibətlər son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Hər iki ölkə arasında sıx dostluq və əməkdaşlıq əlaqələri qurulmuşdur. Azərbaycan, Somali ilə müxtəlif sahələrdə, xüsusilə enerji, təhsil və təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Azərbaycan, Somali ilə siyasi və diplomatik əlaqələri inkişaf etdirərək, beynəlxalq məsələlərdə birgə mövqelərin müəyyən edilməsinə çalışır. Prezident İlham Əliyev və Somali Prezidenti Hasan Şeyx Mahmud arasındakı görüşlər də bu əlaqələrin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsinə təkan verir".

Bunu Sonxeber.az-a deputat Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Somalidən bir sıra tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil aldıqlarını bildirdi:

"Azərbaycanın Somali ilə münasibətləri yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və humanitar sahələrdə inkişaf etməkdədir. Bu əməkdaşlıq, iki ölkə arasında strateji əlaqələrin möhkəmlənməsinə və yeni imkanların yaranmasına səbəb olur.  

Azərbaycanın Somali ilə əlaqələrinin inkişafında təhsil sahəsi mühüm yer tutur. Prezident İlham Əliyev çıxışında ikitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Somali Prezidenti Hasan Şeyx Mahmudla müzakirə etdikləri və edəcəkləri sahələr arasında təhsil sahəsinin ən vaciblərindən biri olduğunu qeyd etdi. O, artıq bu sahədə ilkin nailiyyətlərin əldə edildiyini və Somalidən bir sıra tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil aldıqlarını bildirdi. Bu gün imzalanan sənədin, onların sayını artırmaq imkanını yaradacağını və ilkin mərhələdə on tələbənin təhsil alacağını, sonradan isə bu sayın daha da artacağını ifadə etdi. Prezident İlham Əliyev Somalidən olan tələbələrin Azərbaycan universitetlərində müasir təhsil proqramlarına çıxış əldə edəcəyini və bunun Somalinin iqtisadi inkişafına müsbət təsir edəcəyini vurğuladı. Bu addım, iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Prezident İlham Əliyev: "Dəvətimi qəbul edərək ölkəmizə rəsmi səfər etdiyinizdən olduqca məmnunam. Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Bu gün Prezidentlə görüşümüz zamanı biz qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri artıq müzakirə etdik. Bu gün müzakirələrimizi nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdirəcəyik.""

Deputat onu da vurğuladı ki, Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud prezidentinin ölkəmizə etdiyi bu tarixi ilk səfər, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni bir mərhələ açdı:

"Ölkəmizdə səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxışında bildirib ki:" Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür. Bu gün biz əsasən tərəflər arasında daha sıx əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bildirdik. Mən, həmçinin Azərbaycan xalqını öz suverenliyini və ərazi bütövlüyünü qoruduğuna görə təqdir etmək istərdim.

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud prezidentinin ölkəmizə etdiyi bu tarixi ilk səfər, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni bir mərhələ açmış oldu. Səfər çərçivəsində əldə edilən razılaşmalar və gələcəkdəki əməkdaşlıq perspektivləri, yalnız iki ölkə arasında deyil, həm də regional və qlobal miqyasda daha möhkəm əlaqələrin qurulmasına xidmət edəcək. Bu münasibətlərin inkişafı, gələcəkdə həm Somali, həm də ölkəmiz üçün böyük faydalar gətirəcəkdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1370   Tarix: 15 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr