Alsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLAR

Alsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLAR14 fevral – ilin ən romantik günündə məşhur rusiyalı müğənni Alsu Bakıda möhtəşəm solo konsertlə çıxış edib.

Sonxeber.az xəbər verir ki, "Caspian Media Group"un təşkil etdiyi tədbir Bakı Konqres Mərkəzinin səhnəsində baş tutub.

Müğənni Bakıdakı axşamını öz repertuarının ən romantik mahnılarından biri olan "Свет в твоём окне" ilə açıb.

"Axşamınız xeyir, əziz Bakı!" – deyə səhnəyə çıxan ifaçı sevincini dilə gətirib.

O, Azərbaycanda yenidən çıxış etməkdən böyük məmnunluq duyduğunu qeyd edib:
"Burada sonuncu konsertim hələ 2000-ci illərin əvvəlində olub. Çox uzun zaman keçib və mənim sizə danışacaq çox şeyim var.
Hamınızı bayram münasibətilə təbrik edirəm! Ümid edirəm ki, zalda cütlüklər var və mənimlə birlikdə oxuyacaqlar", – deyə Alsu pərəstişkarlarına müraciət edib.

İfaçı səmimi salamlamadan sonra repertuarındakı məşhur "Там, где рождается свет" mahnısını səsləndirib.

Bütün gecə boyunca tamaşaçılar müğənniyə çiçəklər və hədiyyələr təqdim edib.

"Keçmiş həyat yoldaşıma bu gözəl şəhəri – Bakını mənə tanıtdığı üçün minnətdaram. O, həmişə deyirdi ki, burada yaşayan insanlar xüsusi bir enerjiyə malikdirlər. Bu, həqiqətən belədir! Siz elə mehriban və qonaqpərvər insanlarsınız ki, bunu sözlə ifadə etmək çətindir. Dünən restoranda şam yeməyi yeyərkən elə bil illərdir tanış olduğum insanlarla əhatələnmişdim. Məni bu qədər sevgiylə qarşılayan hər kəsə təşəkkür edirəm!" – deyə, o bildirib.

Müğənni "Lunная тропа", "Весна", "Вчера", "Зимний сон" kimi hitlərini, həmçinin məşhur ingilisdilli "Solo", "Always on my mind", "Before you love me" və digər mahnılarını ifa edib. Bundan əlavə, o, tamaşaçıları yeni "Я учусь не бояться" mahnısı ilə sevindirib.

Hər bir çıxış canlı orkestrin müşayiəti ilə baş tutub və bu, sevgililər gününün romantik ab-havasını daha da artırıb.

"Sizin üçün ən sevdiyim mahnılarımdan birini – "К тебе" ifa etmək istəyirəm. Mən bu mahnını qızım Mikayella ilə birlikdə oxuyuram və ümid edirəm ki, növbəti dəfə Bakıya onunla gələcəyik və birgə çıxış edəcəyik", – deyə Alsu vurğulayıb.

Müğənni 30 yaşını Bakıda qeyd etdiyini də xatırladıb:

"Ad günümüzdən sonra bütün ailə ilə burada bir ay qalmışıq. Həmişə o günləri sevgi ilə xatırlayıram. Uşaqlar bura heyran qalıb, ona görə də tez-tez gəlməyə çalışacağıq", – deyə o əlavə edib.

Səhnədən öncə atasının onunla telefonla danışdığını bildirən ifaçı bunları deyib:

"Atam məndən səhnədən mütləq deməyimi istədi ki, o, Azərbaycanı çox sevir."

Bundan sonra o, konsertə müsbət enerji qatan "Все равно" mahnısını ifa edib və ardınca səhnəyə xalq artisti Emin Ağalarovu dəvət edib.

Emin Alsuya möhtəşəm bir gül buketi təqdim edib və birlikdə tamaşaçıları Sevgililər günü münasibətilə təbrik ediblər. Ardınca "Разные" və "Вместе навсегда" mahnılarını birgə ifa ediblər.

"Xatırlayıram ki, 2000-ci illərin əvvəlində atamla birlikdə Bakıdakı bir tədbirə gəlmişik. Bu, "Lukoil" şirkətinə həsr olunmuş bir gecə olub və o zaman mənə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə tanış olmaq şərəfi nəsib olub. Onun ailəsini böyük hörmətlə xatırlayıram", – deyə Alsu xatirələrini bölüşüb.

Bundan sonra ifaçı öz bəstələdiyi "Дочь отца" adlı mahnısını bütün atalara həsr etdiyini bildirib.

Gecənin sürprizləri bununla da bitməyib. Müğənni səhnəyə Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanı dəvət edib:

"Biz illərdir tanışıq və mən də sizin kimi bu əfsanəvi Azərbaycan estradasının kraliçasına heyranam. Onunla bir səhnəni paylaşmaq mənim üçün böyük şərəf olub", – deyə Alsu qeyd edib.

Tamaşaçıları salamlayan Brilliant Dadaşova da Alsunun yaradıcılığını çox sevdiyini bildirib. Onlar birlikdə "Payız gəldi" mahnısını rus dilində ifa ediblər və bu çıxış zal tərəfindən böyük coşqu ilə qarşılanıb. Sözsüz ki, gecənin ən yaddaqalan sürprizlərindən biri olub.

Alsu tamaşaçılarla daim ünsiyyətdə olub, öz hekayələri ilə motivasiya edib, arzuların arxasınca getməyə səsləyib.

Konsert nostalji hisslər oyadan "Иногда" mahnısı ilə başa çatıb. Tamaşaçılar ifaçıya uşaqlıqdan əzbərlədikləri mahnının sözləri ilə qoşulublar.

"Qarşınızda dərin hörmətlə baş əyirəm və yeni görüşlərədək! Mən sizi sevirəm!", – deyə müğənni vida sözlərini səsləndirib.

Qeyd edək ki, Sevgililər Günündə Bakıda baş tutan solo konsert şəhər sakinləri üçün əsl hədiyyəyə çevrilib və bir daha sübut edib ki, musiqi qəlbləri birləşdirmək və insanlara sevinc, sevgi bəxş etmək gücünə malikdir.

Alsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLARAlsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLARAlsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLARAlsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLARAlsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLARAlsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLARAlsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLARAlsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLARAlsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLARAlsu Sevgililər günündə Bakıda möhtəşəm konsertlə çıxış edib - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1100   Tarix: 15 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır

Türkiyənin məşhur müğənnisi Simge Sağın on günlər mahnıları və səhnə çıxışları ilə deyil, ona göndərilən sirli güllərlə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs tərəfindən hər həftə 101 qızılgül göndərilir. Beləliklə, Sağın indiyədə

24 sentyabr
.

Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə

20 sentyabr
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var

"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır". Bunu -a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib. "Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq"

22 sentyabr
.

Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."

Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin "Qatil" tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib. Münəvvər Əliyevanın sözlərinə görə

23 sentyabr
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

19 sentyabr
.

Məşhur modelyer 63 yaşını xüsusi video ilə qeyd etdi - VİDEO

Məşhur modelyer Biricik Suden 63-cü yaşını sosial media hesabında paylaşdığı xüsusi video ilə qeyd edib. xarici mediaya istinadla xəbər verir ki, Mazhar Alansonun həyat yoldaşı olan Suden videoda idman geyimində kamera qarşısına keçib. Onun enerjili hərəkətləri və formada görünüşü diqqət çəkib. Studiy

18 sentyabr
.

Ledi Qaqa ana oldu - Foto

Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar

12 sentyabr