25 dəfə ürəyi dayanan xəstə sağ qaldı
Rusiyanın paytaxtı Moskvada həkimlər sutka ərzində ürəyi 25 dəfə dayanan xəstəni xilas ediblər.
Bu barədə "Komsomolskaya pravda" qəzeti yazıb.
Moskva meri müavini Anastasiya Rakova bildirib ki, "Buqanov" adına xəstəxanada 62 yaşlı kişi xəstənin ürəyi infarkt əməliyyatından sonra yaranan aritmiya səbəbindən sutka ərzində 25 dəfə dayanıb.
Xəstəxanaya vaxtında çata bilməsinin səbəbi isə onun ürəyindəki implantasiya olunmuş defibrilyator olub. Cihaz onun ürəyini daim döyündürərək işlək vəziyyətdə saxlayıb.
Xəstənin vəziyyəti standart müalicə metodlarının tətbiqinə imkan vermədiyi üçün həkimlər ilk dəfə olaraq ürək üzərində radiofrekans kateter ablasiya əməliyyatını EKMO (ekstrakorporal membran oksigenasiyası) cihazının dəstəyi ilə həyata keçiriblər.
Əməliyyatda ürək-damar cərrahları, aritmoloqlar, anestezioloq-reanimatoloqlar və digər mütəxəssislər iştirak ediblər. Yeddi saatdan çox davam edən əməliyyat uğurla başa çatıb./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1156 Tarix: 17 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrKosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen
23 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrAvropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrYüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi
Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd
23 sentyabrİran prezidenti ABŞ-ı bununla günahlandırdı
İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo
25 sentyabr