Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib

Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilibFevralın 18-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, iclası giriş nitqi ilə APA-da parlament nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev açıb. Azərbaycanın sədrliyi ilə 26 ölkəni təmsil edən 250-dən çox nümayəndə və 7 beynəlxalq təşkilatın təmsilçisinin qatıldığı APA-nın 15-ci sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edən nümayəndə heyətinin rəhbəri, İcraedici Şuranın iclasının iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb və tədbirin təşkilinə yaradılan şəraitə görə ona təşəkkürünü bildirib.

Rizvan Nəbiyev, ötən il Azərbaycanın bütün suveren ərazilərində baş tutmuş növbədənkənar prezident və parlament seçkiləri haqqında məlumat verib, həmçinin Bakıda keçirilmiş COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası və onun çərçivəsində qəbul edilmiş mühüm qərarların əhəmiyyəti barədə danışıb. O, COP29 çərçivəsində qəbul edilən qərarların ətraf mühitin mühafizəsi, yaşıl enerji keçidi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr xüsusi qeyd edilib. Bildirilib ki, Azərbaycanın irəli sürdüyü təkliflər iqlim dəyişmələri ilə mübarizədə önəmli addım olmaqla yanaşı, qlobal miqyasda davamlı inkişafın təmin edilməsinə töhfə verəcək.

İclasda APA-nın Baş katibi Məhəmməd Reza Məcidi qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat təqdim edib. O, bu müddət ərzində görülən işlərdən bəhs edib, 2026-2027-ci illər üçün APA prezidentliyi və vitse-prezidentliyinə namizədliklər, bəzi ölkələrə tam hüquqlu və müşahidəçi statusunun verilməsi məsələləri, eləcə də qurumun komitələrində müzakirə olunan qətnamə layihələri üzrə fikir və təkliflər barədə məlumat verib. Baş katib ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Sonra APA-nın 15-ci Plenar sessiyasının gündəliyi müzakirə olunub. Tədbirdə qurumun Siyasi məsələlər üzrə, İqtisadi və davamlı inkişaf üzrə, Büdcə və planlaşdırma üzrə, Sosial və mədəni məsələlər üzrə daimi komitələri tərəfindən irəli sürülən qətnamə layihələri nəzərdən keçirilib, təşkilati və digər məsələlərə baxılıb.
İclasda Milli Məclisin APA-dakı nümayəndə heyətinin üzvləri İlham Məmmədov, Naqif Həmzəyev, Aydın Hüseynov, Günay Ağamalı, deputat Zaur Şükürov, APA-ya üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.
Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilibAsiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 896   Tarix: 18 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA

Bakıda yeni dəmir yolu xəttinin tikintisi şəhərdaxili sərnişindaşıma imkanlarının genişləndirilməsi və nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsi baxımından əhəmiyyətli ola bilər. Sərnişinlərin şəxsi avtomobillərdən dəmir yoluna keçidinin artması şəhərin əsas yollarında nəqliyyat sıxlığının azalmasın

6 oktyabr
.

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökm

6 oktyabr
.

Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı "Royal Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib. -ın əldə etdiyi məlumata görə, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir. Onun fotosunu təqdim edirik:

5 oktyabr
.

BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ

Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu barədə -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı nəqliyyat vasitələrinin texnik

6 oktyabr
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

5 oktyabr
.

Nigar Camal heyvanlara zülm edənlərə dair: "Cəzalar artırılmalıdır"

Nigar Camal heyvanlara qarşı amansız rəftara görə tətbiq olunan cəzaların sərtləşdirilməsini tələb edib. "Yeni Sabah" xəbər verir ki, o, hamilə itin öldürülməsi ilə bağlı paylaşımında cərimələrin ən azı 3-5 dəfə artırılmalı olduğunu vurğulayıb. Müğənni qeyd edib ki, itin bətnində ən azı 6 bal

6 oktyabr
.

Magistraturada "pullu"ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş alıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müvafiq ixtisaslar

5 oktyabr
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

5 oktyabr
.

Sabah intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricə

6 oktyabr