Yaponiyanın sabiq baş nazirinə bomba atan şəxsə hökm oxundu
Vakayama prefekturasının dairə məhkəməsi 2023-cü ildə Yaponiyanın ovaxtkı Baş naziri Fumio Kisidanın yaxınlığına bomba atan Ryuci Kimuranı 10 il həbs cəzasına məhkum edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, Kimura adam öldürməyə cəhd və partlayıcı maddələrə nəzarət haqqında qanunun pozulması da daxil olmaqla beş cinayətdə ittiham olunub.
İttiham tərəfi 15 il azadlıqdan məhrum etmə cəzası tələb edərək baş verənlərin terror aktı və kişinin əldəqayırma partlayıcı qurğunun öldürücü potensialından xəbərdar olduğunu göstərib.
Müdafiə tərəfi isə partlayıcı qurğunun yalnız diqqət çəkmək məqsədi daşıdığını və təqsirləndirilən şəxsin öldürmək niyyətinin olmadığını bildirərək məhkəmədən üç illik cəza istəyib.
Xatırladaq ki, 2023-cü il aprelin 15-də Vakayamada Kisidanın çıxışından əvvəl 25 yaşlı Kimura ona lehimlənmiş polad boruya bənzər silindrik formalı partlayıcı əşya atıb. Mühafizə xidmətinin səyləri nəticəsində baş nazir xəsarət almayıb, lakin bir polis əməkdaşı yaralanıb. Hücum edən şəxs təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1212 Tarix: 19 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi
Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin
25 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrRusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v
22 sentyabrYüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi
Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd
23 sentyabr