Qışa təslim oldu - Bakını buz kimi günlər gözləyir?
Qışın son ayında olmağımıza baxmayaraq, nəhayət ki, paytaxt Bakıya da qar yağdı. Şəhərdə olduqca soyuq hava müşahidə olunur. Son illərdə iqlim dəyişikliyinin təsiri Bakının qış mövsümündə də özünü göstərir.
Bəs soyuq və qarlı hava nə vaxtadək təsirli olacaq?
Meteoroloq Cavid Hüseynov bu barədə Yenisabah.az-a bəzi vacib nüansları açıqlayıb:
"Bakıda və Abşeron yarımadasında qışı mülayim, yayı quraq və isti keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Bakı şəhərinin Xəzər dənizi sahilində yerləşməsi və dənizə yaxınlığının iqliminə əhəmiyyətli təsir göstərməsi qış fəslinin mülayim keçməsinə səbəb olur. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, orta çoxillik dövrdə qarlı günlərin sayı il ərzində 2-4 gün, qar örtüyünün ən böyük ongünlük qalınlıqlarının orta kəmiyyəti 3-5 sm təşkil edir".
Ekspert son illərdə paytaxtda müşahidə olunan iqlim dəyişikliklərindən də söz açıb:
"Son onilliklərdə Günəş aktivliyi ilə əlaqədar radiasiya axınının dəyişməsi ilə yanaşı, sənayenin inkişafı ilə bağlı antropogen amillərin (üzvi yanacağın yanması nəticəsində atmosferin qaz tərkibinin dəyişməsi, atmosferin aerozol tərkibində dəyişikliklər, ətraf mühitə istilik emissiyalarının atılması, səthin strukturunda dəyişikliklər və s.) də regional iqlimə təsiri nəticəsində Bakıda və Abşeron yarımadasında orta illik temperaturun və isti günlərin sayının artması, həmçinin yağıntıların azalması tendensiyası müşahidə olunur".
C.Hüseynov bildirib ki, bu dəyişikliklərin şəhər mühitinə əhəmiyyətli təsir göstərməsi şəhər infrastrukturunun yğunlaşdırılmasını və iqlim dəyişikliyinə davamlılığın artırılması üçün tədbirlərin həyata keçirilməsini tələb edir:
"Qış fəslinin iqlim xüsusiyyətlərinə görə, ölkəmiz, adətən yanvar və fevral aylarında tez-tez Arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, fevralın son ongünlüyündə və mart ayının birinci yarısında temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi ehtimal olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1620 Tarix: 22 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabr